“Şuşa ilinin elan olunmasının sevincini dostlarımız da bizimlə bölüşəcək, düşmənlərimizə isə göz dağı olacaq…Bütün dünya şahidi olacaq ki, biz dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq!”-MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsi tarixi bir qərardır. Xalqımız bu qərarı böyük sevinc hissi ilə qarşılayır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, tarixi torpağımız olan Şuşa bizim üçün qeyrət, qəhrəmanlıq rəmzidir. Şuşa həmçinin mədəniyyətimiz beşiyidir, Qarabağın gözüdür:

“Ulu öndər Heydər Əliyevin dediyi kimi, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Çox şükürlər olsun ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı, o cümlədən Şuşanı işğaldan azad etdi. Şuşanın azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktını imzaladı”.

Millət vəkilinin sözlərinə görə, Şuşa azad olunduqdan sonra böyük quruculuq işləri başladı:

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında həyata keçirilən quruculuq işləri sürətlə davam edir. Ötən bir ildən artıq bir müddətdə Şuşa müxtəlif mədəni, o cümlədən beynəlxalq tədbirlər təşkil olunub, şəhərin tarixi siması özünə qaytarılır. Bütün bu görülən işlər bir şuşalı kimi məni də çox qürurlandırır”.

Fatma Yıldırım deyib ki, bu il Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq:

“Şuşa ili çərçivəsində burada bir sıra yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu il Şuşanın bərpası işi də yeni vüsətlə davam edəcək. Bütün bunlar bir daha bu torpağın sahibinin kim olduğunu bir daha təsdiqləyir. Şuşa ilinin elan olunmasının sevincini dostlarımız da bizimlə bölüşəcək. Düşmənlərimizə isə göz dağı olacaq. Bütün dünya şahidi olacaq ki, biz dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq!”

Etikxeber.az

Read Previous

Daha 553 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Hələ də övladlarımın yoxluğuna inana bilmirəm…Gözləyirəm ki, bir gün qayıdacaqlar, gələcəklər…”-Şəhid qardaşların anası Sevinc xanım – Əli Əhmədovun Cənnətdəki ad günündə – MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT EDİLDİ, “ŞƏHİDLİYİN ƏLİ VƏ İSLAM ZİRVƏSİ” KİTABININ GENİŞ TƏQDİMATI OLDU – FOTOLAR YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir