Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biz yüz minlərlə insanı Qarabağda təhsilə cəlb edərək, orada təhsil müəssisələrimizi, universitetlərimizi qurmalıyıq.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin son plenar iclasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
Onun sözlərinə görə, məcburi köçkünlərimizlə yanaşı, 1,5 -2 milyon vətəndaşımızın Böyük qayıdışla azad olunan torpaqlarımızda yaşamasına imkan yaratmalıyıq:
“Hesab edirəm ki, Qarabağda yaşayan insanlara dövlət dəstəyi olmalıdır”.
“Biz elə etməlyik ki, bütün millətlər orada yaşaya bilsin. Aqarunovun canını fəda etdiyi torpaqlarda yəhudilər də, Solntsevin həyatını qurban verdiyi məqsədlər naminə ruslar da, mənən yanımızda olan gürcülər, ukraynalılar, belaruslar da etnik-milli-dini bir harmoniyada xalqımızla birgə o məkanda qurub yaratsınlar. Azərbaycanda evə-eşiyə ehtiyacı olanların hamısına şərait yaratmalıyıq ki, qoy gedib Qarabağda özlərinə isti ocaq qursunlar. Biz təkcə köçkünlərimizi deyil, bəlkə 1.5, 2 milyon vətəndaşımızı “Böyük qayıdış” proqramı ilə azad ərazilərimzə aparmalıyıq!”-deyən MM-in komitə sədri bildirib ki, hərbi əməliyyatlar başlayan günlərdə erməni tərəfi apardıqları savaşın adını “cəhənnəmə xoş gəlmisiz” qoymuşdular.
“Diqqət edirsinizsə,“Qafqazın mirvarisi” sayılan məkana hansı adı vermişdilər. Ali Baş Komandanımız isə “biz Qarabağı cənnətə çevirəcəyik” dedi, Azərbaycan xalqının quruculuq ideallarını dünyaya nümayiş etdirdi. Gəlin, “Cənnət Qarabağı” birgə quraq! Bundan sonra Ali Baş Komandanın “Dəmir Yumruğ”unu quruculuğa, Vətən müharibəsində ordumuz kimi əmək cəbhəsinə daşımağa çalışmalıyıq, eləcə də hörmətli Mehriban xanımın “Böyük qayıdış” siyasətinə və Qarabağın gələcəyinə dair aparılan dövlət siyasətinə bilavasitə rəhbərliyi Ermənistanın vurduğu coğrafi, maddi və mədəni ziyanı aradan qaldırmağa imkan verəcəkdir! 10 noyabradək savaşla, 10 noyabrdan 1 dekabradək hərbi-diplomatiya əldə olunan qələbələri 1 dekabrdan sonrakı məqsədyönlü işlərmizlə davama etdirərək, Qarabagın son 200 ildə bizdən qopan hissələrini Vətənlə bağlamağı bacarmalıyıq”-deyə, o, əlavə edib.
Etikxeber.az





