Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bərdə rayonundan olan Aqil Mətləb oğlu Quliyevin, əslən Tərtər rayonunun Umudlu kəndindən (həm də Bərdənin Hacılı kəndindən) Elvin Şamil oğlu Abbasovun və əslən Qubalı, özü isə Xaçmaz rayonundan olan Kərəm Səddar oğlu Veyisovun Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az-ın xəbərinə görə, Aqil Quliyev 2000-ci ilin dekabrın ayının 3-də, Elvin Abbasov 1992-ci ilin may ayının 6-da, Kərəm Veyisov isə 1998-ci ilin dekabr ayının 11-də dünyaya gəlib.
Kərəm Veyisov ailənin iki övladından, iki qardaşdan bir olub.
Aqil Quliyevlə Elvin Abbasov isə ailədə bir neçə uşaq olublar.
Elvin Abbasov ailəli, övlad atası, Aqil Quliyev və Kərəm Veyisov subay idilər.
Hər üç Şəhid orta təhsilli olublar.
Aqil Quliyevlə Elvin Abbasov hərbçi, Kərəm Veyisov isə sıravi olub, müxtəlif sahələrdə çalışıb.
Kərəm Veyisov həm də peşəkar idmançı, məşqçi, üçqat dünya, dörd dəfə ölkə çempionu olub.
O, Azərbaycan budo döyüş növləri üzrə məşqçilik və kəmər idman seminarında xüsusi bacarıq nümayiş etdirərək, “1-ci Dan qara kəmər”ə və məşqçi “C” kateqoriyasına layiq görülüb.



Aqil Quliyevlə Elvin Abbasov İkinci Vətən Müharibəsində hərbçi kimi, Kərəm Veyisov isə könüllü olaraq, iştirak edib.
Adları çəkilən Şəhidlərin hamısı Şuşada və Şuşa istiqamətində Şəhidlik məqamına ucalıblar.
Kərəm Veyisov Xaçmazın Qaraqurdlu qəbiristanlığında, Aqil Quliyev Bərdə rayon Şəhidlər Xiyabanında, Elvin Abbasov isə Bərdənin Hacılı kənd qəbiristanlığında, Əbədiyyətə uğurlanıb.
Hər biri Şəhidliklərindən sonra bir neçə medalla təltif olunublar.
Aqil Quliyev həm də bu ilin noyabrın 5-də Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xaçmazda Kərəm Veyisovun adını daşıyan küçə var və ailəsi oxuduğu məktəbə onun adının verilməsini istəyir.
Allah hər birinin məqamını Uca, məkanını cənnətlik, ruhunu şad etsin!
Ruhları qarşısında baş əyirik!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





