Şuşada “Xarıbülbül” müsiqi festivalı-ŞUŞADA BAYRAM NAMAZI QILINACAQ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır.

Etikxeber.az-ın xəbərinə görə, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.

***

“Artıq yola düşdük, arzularımızın şəhərinə
doğru. Hamımıza uğurlar!”

Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzərə Dövlət Komitəsinin sədri Bahar Muradova öz sosial şəbəkə hesabında yazıb.

“Bütün gecəni yol gedəcəyik, bir az yatıb gözümün acısını alım” düşüncəsiylə gün uzunu nə qədər əlləşdim, xeyiri olmadı. Nə illah eləsəm də, tanış küçələr, doğma mənzərələr hərlənib-firlanıb yenə gəlib durdu gözlərimin qabağında. Şuşanı görmək duyuğusunun yaratdığı həyəcan, ürək çırpıntısı çimir eləməyə imkan vermədi…. Əziz Şuşa! Səni görmək, sənə qovuşmaq yanğısından üstün nə ola bilər? Hansı hiss bu həyəcana tən gələr? Az qala, Daşaltıda əks-səda verən, Cıdır düzündə eşidilən bu ürək çırpıntılarını necə duymamaq olar?”

Bu fikirlər də Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcidə məxsusdur.

O, sonra qeyd edib:

“Əlimi uzadıb ulduzlarını sığallasam, daşını-torpağını oxşayıb gözlərimin üstünə qoysam, günahımdan keçərsənmi? Son dəfə 1991-ci ilin payızında tək-tənha baş çəkdiyim, hüzünlü, bənizi saralmış Cıdır düzü məni əfv edərmi? Şuşa məni bağışlayarmı?Kim bilir, bəlkə, bağışlanmamaq qorxusu itirmək qorxusundan daha ağırdır.Fərhad Bədəlbəyli kimi hamılıqla hüzurunda diz çökərək, “Bizi bağışla, Şuşa!” deyib bəraət istəsək, bizi əfv edərsənmi?!..Mərhəmətinə sığınaraq hüzuruna gəlirik!..”

09:43

***

Mayın 13-ü, saat 09:00-da Şuşada Ramazan bayramı namazı qılınacaq.

Bu barədə Baku Media Mərkəzi özünün “Facebook” səhifəsində paylaşım edib.

Bildirilib ki, 29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.

Canlı yayımı bir sıra media vasitələrilə izləmək mümkün olacaq.

Etikxeber.az

Read Previous

“Şəhid övladı 7 yaşlı Cahid də görüşə mənimlə getmək istədi…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Read Next

“Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək…”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir