Şuşanın azad olunduğu gün Şəhid olan, nəşi 17 gün sonra tapılan Vətən sevdalısı-TƏBRİZ İLDIRIM OĞLU CÜMƏZADƏ… – FOTOLAR

Daha bir Nur üzlümüz…

Daha bir Şəhidimiz…

İkinci Vətən Müharibəsində 50-dən çox Şəhid verən Mingəçevirimizin daha bir İgidi, daha bir Qəhrəmanı, daha bir Vətən sevdalısı…

Əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan, ancaq Mingəçevirdə böyüyüb boya-başa çatan, evin iki oğlan övladından biri – Təbriz İldırım oğlu Cüməzadə

Təbriz 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb…

Və qeyd etdiyim kimi, ailədə iki uşaq, iki qardaş olublar…

Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb…

2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə, Mingəçevirinə dönüb…

Bir müddət işsiz qalıb…

2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə, cəbhə, döyüş bölgəsinə göndərilib…

Döyüşüb, vuruşub, igidliklər göstərib döyüş yoldaşları kimi…

Döyüş yolu isə Füzuli, Cəbrayıl, Xocavənd Şuşa istiqamətlərində olub…

Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına həlak-Şəhid olub…

Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Ailəsi ilə də axırıncı dəfə Şəhidliyindən iki gün öncə, noyabrın 6-da danışıb, noyabrın 6-dan sonra ondan-Təbrizdən xəbər almaq mümkün olmayıb… Və…

Ölümündən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Mayın 30-da Astaraya, Şəhid ailələrini ziyarətə gedərkən Şəhidimizin-Təbrizin də ailə üzvləri-anası, atası və qardaşı ilə tanış oldum…

Atası və qardaşı ilə söhbətləşdim, bir daha başsağlığı diləklərimi çatdırdım, səbr dilədim…

Nur içində yatsın, ruhu şad, məqamı Ucalardan uca olsun-Şəhidimizin!

Fəxrimiz, Qürurumuz, müqəddəs And yerimizdir!

Allah ailəsinə, özünü heç cür ovundura bilməyən atasına, gözləri yaşlı anasına və qardaş həsrətli qardaşına səbrlər versin!

Əziz xatirəsi heç zaman qəlblərdən silinməyəcək, ruhu həmişə bizimlə, bizlərlə olacaq, yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailələrinin Astara görüşü…Eyni gündə, eyni yerdə həlak olan Şəhidlərimiz…6 medallı Kamran Seyfullazadənin-AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Read Next

Bakı Metropolitenində sərnişindaşıma-BƏRPA EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir