“Susmaq olmaz!” – SABİQ DEPUTAT VƏ EKS İCRA BAŞÇISINDAN ÇAĞIRIŞ

Azərbaycanı Azərbaycan edən siyasət və LİDER!

Bu gün müstəqil Azərbaycan özünün mövcudluğu tarixində ən böyük inkişaf, yüksəliş, tərəqqi və inkişaf dövrü, mərhələsini yaşayır.

İstər sovetlər, istər ondan əvvəllki dönəmlərdə Azərbaycan indiki qədər güclü, qüdrətli olmayıb. Bu gün Azərbaycan dünyada sözü, nüfuzu, cəkisi ilə hesablaşılan, rəyi nəzərə alının bir LİDER dövlətdir.

Azərbaycanın iştirakı və razılığı olmadan bu bölgədə, bu coğrafiyada heç bir regional və transmilli layihə reallaşdırlıla, gerçəkiləşdirilə bilmir və bilməz. Yalnız Azərbaycanın izni, icazəsi, iştirakı ilə burada hansısa bir regional və transmilli layihənin gerçəkləşdirilməsindən söz, söhbət gedə bilər. Tarixi “Əsrin müqaviləsi” və ondan yol alan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tblisi-Qars, TANAP, Cənub Qaz Dəhlizi və yaxın aylarda açılışı gözlənilən TAP məhz Azərbaycanın təşəbbüsü, iradəsi və istəyi ilə baş tutub, reallaşdırılıb. Eyni zamanda, təcavüzkar və işğalçı Ermənistan məhz Azərbaycanın iradəsi və istəyi ilə bütün regional və qlobal layihələrdən kənarda saxlanılıb.

Səbəb isə odur ki, bu ölkə 90-cı illərin əvvəllərindən öz himayədarları ilə işğal etdiyi torpaqları hələ də işğal altında saxlayır, təcavüzkarlıq, işğalçılıq siyasətindən əl çəkmir. Buna görə Azərbaycan “Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək, işğal altındakı Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etməyəcək, o vaxta qədər heç bir regional və qlobal layihədə iştirak etməyəcək” deyir və bu mövqeyində də axıracan israr edir.

Təbii ki, Azərbaycanın bu haqlı istəyi və qərarlığı, dik duruşu da qiymətləndirilir, nəzərə alınır. Hətta, bəzi siyasi güc və maliyyə mərkəzləri öz daxillərində buna etiraz etsələr və müvaqimət göstərməyə çalışsalar da, hər dəfə Azərbaycan sərt və dönməz iradəsi ilə qarşılaşaraq, geri çəkilməyə, Azərbaycanın rəyi, istəyi ilə hesablaşmağa məcbur və məhkum olurlar. Bu gün Azərbaycan bölgənin və dünyanın ən mühüm beynəlxalq və regional tədbirlərinin, toplantılarının, forumlarının keçirdildiyi siyasi, iqtisadi, hərbi, mədəni dialoq məkanıa çevrilib. Bu gün Azərbaycan dünyanın model və nümunə sayıla biləcək milli və dini tolerantlıq mərkəzidir.

Burada dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, bütün insanların birgəyaşayışı üçün hər şey təmin edilib. Bir neçə dəfə, xüsusilə, 90-cı illərin əvvəllərində, Azərbaycanın müstəqilliyinin ilk və ağır günlərində ölkənin Şimal və Cənub bölgələrində separatizm meyllərinin alovlandırılmasına, Azərbaycanın bütövlüyünə qəsdlər edilməyə cəhd olunsa da, bu cəhdlərin qarşısı məqamındaca qalınıb, məkrli ssenarilər anındaca məhv edilib, özü də məhz həmin bölgələrdə yaşayan insanların birbaşa iştirakı və fədakarlığı ilə.

Azərbaycanda milli və dini zəmində gərginlik, qarşıdırma, xaos yaratmaq istəyənlərin arzuları elə gözlərindəcə qoyulub, fürsətcillərə öz məkrli və fitnəkar planlarını reallaşdırmağa imkan və fürsət tanınmayıb, Azərbaycanın üzə tarixdən, qədimlərdən gələn milli və dini həmrəyliyi qorunub, saxlanılıb, daha da möhkəmləndirilib. Məkrli, marıqda yatan, pusquda yatıb, hər an fürsət gözləyən düşmənə bu birlik və həmrəyliklə ən güclü və sarsıdıcı cavab zərbəsi endirilib.

Azərbaycandakı milli və dini tolerantlığı da biz demir və iddia etmirik, bunu da nüfuzlu dövlətlərin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri özləri deyir, etiraf edirlər. Bunu ABŞ, Rusiya kimi fövqəlgüclərin rəsmiləri deyir, bəyan edirlər. Yəni, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş və aparıcı ölkələrinin belə həsrətlə baxacağı və baxdığı, qibtə etdiyi örnək milli və dini  tolerantlıq mərkəzidir.

Azərbaycan bu gün dünyanın, yerləşdiyi coğrafiyanın təhlükəsizlik və sabitlik adasıdır. Bunu bir neçə dəfə- son 16 ildə Azərbaycana uğurla, ləyaqətlə, şərərəflə rəhbərlik edən ölkə prezidenti cənab İlhan Əliyev özü də çıxışlarında deyib, bəyan edib. Həqiqətən də, dünyamızda, ətrafımızda, regoinumuzda hadisələrin an etibari ilə dəyişdiyi, hər gün qanların axıdıldığı, göz yaşlarının töküldüyü, insanlıq dramlarının yaşandığı, qlobal maliyyə-iqtisadi böhranın cövlan etdiyi bir dönəmdə Azərbaycan heç nəyə fikir vermədən öz sabit, öz dinamik, öz sıçrayışlı inkişafı ilə çiçəklənməyə, tərəqqiyyə doğru bürmədən, sapmadan irəliləməkdədir.

ƏLİYEV HEYDƏR

SENET-ILHAM

axc-ilham

Bunu beynəlxalq nüfuzlu reytinq mərkəzlərinin hesabatlarından, orada açıqlanan göstəricilərindən, nəticələrindən də görmək olar. Bunu da biz demirik, bunu da biz iddia etmirik, bunu da onlar özləri deyir, özləri etiraf edirlər.  Təsadüfi deyil ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Bu, çox böyük göstərici və çox uğurlu nəticədir.

“Hər çür fitnəkarlıqlara əl atıldı, ölkəmizin sanksiyalarla üzləşə biləcəyinə belə açıq-gizli eyhamlar vuruldu. Ancaq  bu hücumlar, bu təzyiqlər, bu fitnəkarlıqlar ölkə Prezidenti cənab İlham Əliyevin və onun həyat yoldaşı, hər birimizin dəyərlisi, sevimlisi olan birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  birgə iradəsi, qətiyyəti, müdrikliyi, qoşa qanad kimi birgə adımlaması nəticəsində dəf edildi…”

Bu gün Azəzbaycan dünyanın ən nüfuzlu idman və musiqi yarışlarının, festivallarının, dünyamiqyaslı mədəniyyət müsabiqələrinin keçirildiyi və onlara uğurla, layiqincə ev sahibliyi edən bir məmləkətə çevrilib. 2015-ci ilin ilk Avropa Oyunları, 4-cü İslamiada, “Formula-1”,  “Eurovision” mahnı yarışması, elə bu il dünyanın, Avropanın həyacanlı izlədiyi UEFA Avropa Liqasının final qarşılaşması, Avropa Gənclərinin növbəti Yay Festivalı və sair, deyiləınlərin əyani sübutu və təsdiqidir. Özünüz də bilirsiniz ki, bu yarışların bir çoxunun keçirilmə ərəfəsində Azərbayacan hansı təzyiqlərə, böhtanlara, qarayaxmalara, şantajlara məruz qaldı. Yerli və xarici antiAzərbaycan ermənipərəst dairələr tərəfindən bu nüfuzlu yarışların baş tutmaması və əsl Azərbaycan reallıqlarının bir daha dünyaya nümayiş etdirilməməsi üçün ölkəmizin üzərinə hansı çirkablar, çamurlar atılmadı.

Hər çür fitnəkarlıqlara əl atıldı, ölkəmizin sanksiyalarla üzləşə biləcəyinə belə açıq-gizli eyhamlar vuruldu. Ancaq  bu hücumlar, bu təzyiqlər, bu fitnəkarlıqlar ölkə Prezidenti cənab İlham Əliyevin və onun həyat yoldaşı, hər birimizin dəyərlisi, sevimlisi olan birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  birgə iradəsi, qətiyyəti, müdrikliyi, qoşa qanad kimi birgə adımlaması nəticəsində dəf edildi, uğursuzluğa və iflasa, fiaskoya uğradıldı. Azərbaycan 90-cı illərin əvvəllərində onun XİLASKAR oğlu Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində necə ağır və böyük sınaqlardan üzüağ, alnıaçıq çıxmışdısa, son illərdə də Onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin sayəsində bütün sınaqlardan şərəflə çıxmağı bacardı.

Azərbaycan sübut etdi və göstərdi ki, artıq onunla təzyiq, təhdid, diktə, zor, şantaj dilində danışmaq olmaz. İndiki Azərbaycan 80-lərin sonları, 90-ların əvvəllərində mövcud olan zəif, gücsüz, müdafiəsiz Azərbaycan deyil. İndiki Azərbaycan hər kəsin sözü, rəyi, mövqeyi, nüfuzu ilə hesablaşdığı, hesablaşmağa məcbur olduğu güclü, qüdrətli Azərbaycanldır. İndiki Azərbaycana artıq zor, təhdid, diktə, təzyiq dili keçmir. Onunla yalnız və yalnız bərabərhüquqlu əsalarla və şərtlərlə danışmaq, əməkdaşlıq, tərəfdaşlıq etmək olar.

2018-ci ilin 11 aprel seçkilərindən sonra isə Azərbaycanda yeni inkişaf, islahatlar prosesinin yeni dalğası yaşanmaqdaqdadır. Elə bir sahə, elə bir məsələ yoxdur ki, orada islahatlar getməsin və ya oraya islahatlar prosesi sirayət etməsin. İslahatlar prosesi gündən-günə genişlənməkdə, dərinləşməkdə və geniş vüsət almaqdadır. Son 7-8 ayda iki dəfə əmək haqqı və pensiya artımı, yən, minimum əmək haqqının 130 manatdan 180, 180 manatdan 250 manata qaldırılması, minimum pensiyanın, əmək pensiyalarının 114 manatdan 160, oktyabrın 1-dən isə 160 manatdan 200 manata çatdırılması, həmçinin, tələbə təqaüdlərinin, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin, digər kateqoriyadan olan insanların müavinətlərinin artırılması, sənət, mədəniyyət, incəsənət xadimlərinin mənzillərlə təmin olunması, ölkə prezidentinin özünün də yaradıcı şəxslərlə görüşdə dediyi kimi, tarixdə analoqu olmayan Fərmanın-problemli kreditlərlə bağlı Fərman imzalanması, 100 minlərlə ailənin, ümumilikdə 800 mindən artıq insanın sevindirilməsi, 311 mindən artıq məhkəmə işinin geri çəkilməsi və sair addımlar günümüzün həqiqətləridir, islahatlar prosesinin eninə və dərininə işləməsinin nəticəsidir.

Ümumilikdə, islahatlar prosesinin içində hər bir insanın həyatına birbaşa təsir göstərən sosial islahat paketləri, o cümlədən, birinci paket 3 milyon insanımızı əhatə edib ki, bu da ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər olub.  Həmçinin, verilən məlumatlara görə, ikinci sosial paketlə bağlı işlər artıq yekunlaşıb və sentyabr ayının 1-dən  minimum əməkhaqqının 250 manata çatdırılaraq, dövlət sektorunda çalışanların- əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.

Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcək. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq. Eyni zamanda, valyuta ehtiyatlarımız artıp. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu da cənab Prezidentin sözləri ilə desək, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur.

Həmçinin, 2004-cü ildən reallaşdırılan 3 Dövlət Prqoqramı və icrasına başlanılan 4-cü Dövlət Proqramı nəticəsində Azərbaycanın, regionlarımızın, kənd və qəsəbələrimizin siması dəyişib, gözəlləşib.  80-lərin sonları, 90-ların axırlarına kimi tənəzzül dövrü yaşayan Azərbaycan regionları son 15 ildə  əsl inkişafa, sıçrayışa, gözəlliyə nail olub. Regionlarla paytaxt arasında fərqlər günü-gündən aradan qalxmaq üzrədir. Həmçinin, Bakımızın gözəlliyinə əlavə gözəllik qatılıb. Bakımız dünyanın ən gözəl şəhərlərindən, turuzm məkanlarından birinə çevrilib.

Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Həmçinin, Bakımızın gözəlləşməsində böyük rolu olan tikinti-inşaat sektorunun canlandırılması istiqamətində böyük addımlar atılıb. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir. Bu, müsbət haldır. Bu, həm inşaat materialları sektoruna da müsbət təsir göstərir, həm də iş yerlərinin açılması üçün şərait yaradır. Onu da qeyd etmək gərəkir ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılıb və  onların bir hissəsi də məhz  dövlət sektorunda baş verib və sair və ilaxır.

“Cənab Prezident İlham Əliyevlə eyni dövrdə, 1995-2000-ci illərdə, Birinci çağırış Milli Məclisdə millət vəkili olaraq, 5 il birgə fəaliyyət göstərmişik. Mən hələ o zamandan İlham Əliyevi sadə, səmimi, mehriban bir İnsan kimi tanımışam…”

axc-ilham-4

samaya piriyeva-1

Bütün bunları indi necə qiymətləndirməmək, görməmək, etiraf etməmək olar? Binları görməmək, qiymətləndirməmək, etiraf etməmək, dilə gətirməmək üçün gərək kar, kor və lal olasan. Bunları danmaq, dəyərləndirməmək vicdansızlıqdır və ədalətsizlikdir. Ancaq bəziləri çox təəssüflər olsun ki, məhz bu yolu seçiblər: vicdansızlığı və ədalətsizliyi. Onlar üçün artıq heç bir dəyər, ölcü, hiss qalmayıb. Sadəcə, qulluğunda dayandıqları dairələrin əmr və göstərişlərini yerinə yetirirlər, robotlaşıb, zombiləşiblər. Ancaq onlar bilsinlər və unutmasınlar ki, bu gün əgər təhlükəsiz, rahat, azad-asudə şəkildə yaşayırlarsa, gəzib-dolaşırlarsa, dövlətin onlar üçün yaratdığı imkanlardan geninə-boluna istifadə edirlərsə,  bunlara görə, mütləq və mütləq, birmənalı şəkildə müstəqil Azərbaycana, Azərbaycanı Azərbaycan edən siyasətə, insanlara-Ulu Öndərimizə və cənab prezidentimizə borcludurlar.

Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəlməsəydi və yaxud, 2003-cü ildə hakimiyyət sükanı cənab prezidentimizə etbar edilməsəydi, indiki Azərbaycandan əsər-əlamət belə olmazdı. Məhz bu fədakar insanların, onların müdrik və uzaqgörən siyasətlərinin nəticəsində Azərbaycan bugünkü səviyyəsinə, inkişaf səviyyəsinə gəlib çatıb. Ona görə həmin insanlar məsləhətim budur ki, kənara çəilsinlər, əl-ayağa dolaşmasınlar, Azərbaycanın inkişafına və tərəqqisinə mane olmasınlar, gedib özləri üçün uyğun olan işin qulpundan yapışsınlar, bəlkə o zaman nəsə əldə edə bilərlər. Ancaq onlarlı da, onlarsız da Azərbaycanımız dinamik inkişaf yolundadır və onu kimsə və kimsə öz yolundan döndərə, öz relsindən çıxara bilməyəcək. Bu, indiyə kimi kimsəyə müəssər olmayıb, bundan sonra da olmayacaq. Azərbaycanımız İlham Əliyevlə, Heydər Əliyev siyasi kursu ilə hələ neç-neçə zəfərlərinə, qələbələrinə, uğurlarına imza atacaq. Bunu bizi istəyənlər də, istəməyənlər də eşitsinlər, bilsinlər!

Məqamı düşmüşkən onu da xatırladım ki, cənab Prezident İlham Əliyevlə eyni dövrdə, 1995-2000-ci illərdə, Birinci çağırış Milli Məclisdə millət vəkili olaraq, 5 il birgə fəaliyyət göstərmişik. Mən hələ o zamandan İlham Əliyevi sadə, səmimi, mehriban bir İnsan kimi tanımışam. O, öz sadəliyi, insanlara, həmkarlarına mehriban münasibəti ilə hamı üçün bir örnək idi. Prezidentlik kürsüsü də onu dəyişmədi, dəyişdirmədi, yenə də hər kəsə sadəliklə, səmimiliklə, mehribanlıqla, həssaslıqla yanaşdı və yanaşmaqdadır. Onun bir dövlət başçısı, bir LİDER kimi uğurlarının, nailiyyətlərinin, qələbələrinin kökündə məhz bu məqamlar- sadəlik, səmimiyyət, mehribanlıq dayanır. Mən şəxsən fəxr edirəm ki, ölkə Prezidenti ilə 5 il eyni dövrdə-Birinci çağırış Milli Məclis dövründə həmkar olmuşam. Bu gün də sadə, sıravi bir insan kimi Onun siyasətini dəstəkləyir, müdafiə edir və alqışlayıram. Fəxr edirəm ki, xalqımın belə bir oğlu, LİDERi var!

samaya piriyeva

Bu gün həm də susmaq, gözləmək məqamı deyil. Susmaq, gözləmək olmaz. Azərbaycanımıza, onun müstəqil dövlətçiliyinə, inkişafına, bu inkişafı, bu tərəqqini, bu sabitliyi, bu müstəqilliyi təmin edən Dövlət başçısına qarşı yönələn hucumlara, atılan böhtanlara, çamurlara hər kəs bir nəfər kimi cavab verməlidir, hər kəs yaxasını kənara çəkməməli, vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Bu vətən, bu dövlət hamımızındır və hamımızın da üzərinə düşən böyük məsuliyyət var. Məsuliyyətimizi unutmamalıyıq!

Son olaraq fikirlərimi cənab prezidentin son iyul müşavirəsində səsləndirdiyi bu fikirlərlə yekunlaşdırmaq istəyirəm:

“Reallaşan layihələr – milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik”.

Səmayə PİRİYEVA,

Birinci çağırış Milli Məclisin üzvü,

Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı, Yeni Azərbaycan Partiyasının üzvü

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

ƏMƏLİYYAT BAŞLADI: AMERİKA MƏMNUN, TÜRKİYƏ ŞÜBHƏLİDİR! – Politoloq yazdı

Read Next

İlin sonuna kimi vəkillərin sayı 1800 nəfərə çatacaq – ANAR BAĞIROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir