Susuzluq faciəsi ilə bağlı Arif Hacılının açıqlamasına-MİLLƏT VƏKİLLƏRİ RAMİN MƏMMƏDOV VƏ SAHİB ALIYEVDƏN SƏRT REAKSİYA GƏLDİ

Azərbaycan hakimiyyətinin yarıtmaz, səriştəsiz siyasəti ona gətirib çıxarıb ki, qalib gəlib məğlub duruma, haqlı olub haqsız duruma düşmüşük. Bütün dünyada yalnız qərəzli, bizə düşmən olanlar yox, əksər obyektiv qurumlar da, bir çox ləyaqətli adamlar da bizi haqsız hesab edir. 7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata- baba yurduna buraxılmır, minaya düşüb həlak olanların sayı isə azalmır ki, artır. Əslində hakimiyyət də, məsuliyyət də bölünməlidir. Hər kəs öz davranışlarına cavabdeh olmalı, öz cinayətlərinə görə cəza almalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Kəlbəcərdə-Susuzluqda baş verən qanlı olaya münasibətini bildirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Sosial şəbəkə hesabındakı paylaşımında A. Hacılı iddia edib ki, başımıza gələn bütün müsibətlərin, həmçinin, iki jurnalistin və başqa vətəndaşlarımızın həlak olmasının məsuliyyəti də dövlət başçısının üzərinə düşür.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü və millət vəkili Ramin Məmmədov isə A. Hacılıya belə cavab verib:

“Müsavat Partiyasının başqanı Arif Hacılının Kəlbəcərdə azərbaycanlı jurnalistlərin Şəhid olması ilə bağlı statusunu oxudum. Bir partiya rəhbərinin ağır bir faciə haqqında bu qədər bəsit yanaşmasından təəssüflənərdim, ancaq təmsil etdiyi düşərgənin keçmişini xatırlayıb, dəyməz, deyə düşündüm. O keçmişin bir hissəsinin elə jurnalistlərin minaya düşdüyü Kəlbəcər rayonunun işğalı ilə bağlı olduğu gözüm önündən keçdi.

Təəccüblənə bilərdim, ancaq 30 ildən çoxdur siyasətlə məşğul olan, hər hadisədə hakimiyyətin səhvini axtaran və bunu həyat tərzinə çevirmiş bir şəxsin 7 cümləlik bir statusu belə Azərbaycan dilinin qrammatik qaydalarına uyğun yaza bilmədiyini görüb, fikrimdən daşındım. Bəlkə bir qədər əsəbiləşmək də mümkün idi, lakin statusun məntiqi, üslubu və tərzi Ermənistan mətbuatında eyni mövzu ilə bağlı dərc olunan ekspert rəyləri və məqalələrin məntiqi ilə o qədər bənzərdir ki, təəssüflənmək də, təəccüblənmək də, əsəbiləşmək də sadəlövhlük olardı məncə.

Bu adamlar hələ də anlamırlar, yaxud anlamaq istəmirlər ki, bütöv bir ölkənin, böyük bir xalqın ayaqları altına 30 il öncə basdırdıqları minaları biz hələ də təmizləyib qurtara bilmirik”.

Digər-bitərəf millət vəkili Sahib Alıyev“Bu cənab gedib ABŞ da o ölkənin ləyaqətsiz davranışlarıyla yadda qalan keçmiş səfiri, erməni lobbisinin yemlədiyi, o üzdən də dövlətimizə davamlı çirkab yağdıran Kozlariçlə şəkil çəkdirib, onu “Azərbaycan sevdalısı” kimi təqdim edirdi. Beləsindən nə gözləyirsiniz?…”-deyə, bildirib.

Etikxeber.az

Read Previous

MN Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini-TƏKZİB ETDİ

Read Next

Sabah hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir