Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) bugünkü iclasında Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva hökümətin 2019-cu il hesabatının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib.
Ötən il ölkə Prezidentinin rəhbərliyi ilə əldə edilən uğurlar, mədəniyyət sahəsində görülən işlər barədə danışan Q.Paşayeva dövlət başçısına təşəkkürünü bildirib.
Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışan Q.Paşayeva Prezident İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpə abidəsinə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı Sərəncam imzaladığını xüsusi vurğulayıb və müvafiq qurumları bu sərəncamı həyata keçirməyə, höküməti bu məsələyə ciddi nəzarət etməyə çağırıb.
Dünyada geniş yayılan koronavirus pandemiyası ilə bağlı dövlətimizin gördüyü işlər barədə də danışan millət vəkili “hər zaman dövlətimizin yanındayıq”- deyib.
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının böyük problemlərin yaranmasına səbəb olacağını vurğulayan Q.Paşayeva insanlarımıza çağırış edib, “hər birimiz dövlətimizin bu məsələ ilə bağlı qayda, qanun, qadağa və tövsiyyələrinə əməl etməliyik”-deyib.
Millət vəkili həmçinin imkanlı şəxslərə, iş adamlarına da çağırışlar səsləndirib.
O, bildirib ki, belə çətin bir zamanda hər birimiz dövlətimizin daha çox yanında olmalıyıq və insanlarımıza dəstəyimizi əsirgəməməliyik.
Ölkə Prezidentinin rəhbərliyi altnda sosial və iqtisadi sahədə böyük islahatların getdiyini xatırladan Q.Paşayeva özəl sektorda insanların əmək müqaviləsi ilə çalışmasının önəmindən danışaraq və “bu məsələnin nə qədər önəmli olduğunu bu günlərdə bir daha hamımız gördük”-deyərək, aidiyyatı qurumları bu məsələyə bundan sonra daha da diqqətli olmağa çağırıb.
Kənd təsərrüfatı sahəsinin inkişafının ölkəmiz üçün vacibliyini də xüsusi vurğulayan Q.Paşayeva bu sahədə suvarma probleminin yaratdığı narahatlıqlar barədə də danışıb və bu istiqamətdə problemlərin ən qısa müddətdə öz həllini tapması ilə bağlı Nazirlər Kabinetinə və müvafiq qurumlara müraciət edib.
Etikxeber.az