“Suverenliyimizlə bağlı heç bir məsələ ikinci, üçüncü ölkələrlə müzakirə olunmur”-BƏHRUZ MƏHƏRRƏMOV

Azərbaycan öz hərbi qüvvələrini özünün beynəlxalq hüquqla tanınan əraziləri daxilində, o cümlədən, Rusiya sülhməramlı kontingentini müvəqqəti yerləşdiyi ərazilərimiz boyunca istənilən qaydada yerləşdirə, mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsini həyata keçirə bilər. Bu, bizim daxili məsələmiz, beynəlxalq hüquqla təsbit olunan suveren hüququmuzdur və suverenliyimizlə bağlı heç bir məsələ ikinci, üçüncü ölkələrlə müzakirə olunmur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, bildirib ki, hərbi birliklərimizin sərhədlərimiz daxilində yerləşmə trayektoriyasına dair istənilən bəyanat Azərbaycanın daxili işinə qarışmaq cəhdi kimi qiymətləndirilməlidir.

“Cənab İlham Əliyev il yarım əvvəl Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin nə ilə nəticələnə biləcəyini dünyaya nümayiş etdirdi. Bu baxımdan indi İrəvan reallıqla barışmalı, mümkün ağır nəticələri qabaqcadan dərk edib qəsdən isterikaya səbəb ola biləcək ab-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən qəti şəkildə çəkinməlidir”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycan Estoniyanı-UDDU…

Read Next

ABŞ-ın KXDR-ə sanksiya tətbiqinə dair layihəsi-QƏBUL OLUNMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir