“Təəssüf ki, bir sıra Şəhidlərimizin adları hələ də əbədiləşdirilməyib…”-QƏNİRƏ PAŞAYEVADAN ETİRAZ

Təəssüf ki, bir sıra şəhidlərimizin adları hələ də əbədiləşdirilməyib. Bəzi küçə adları var ki, nəyi ifadə edir, bilinmir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

O, sonra “Məsələn, bir Şəhidimizin ailəsi müraciət edirdi, Şəhidimizin Binəqədidə yaşadığı küçənin adı “İzlivnoy” adlanır. Bu “İzlivnoy” nə deməkdir heç kim başa düşmür. Binəqədi rayonunda “İkinci Dəmir yolu”, “Üçüncü Dəmir yolu”, Yasamalda “Yeddinci sallaqxana” və s. adlarla küçələr var. Bunlar nə məna ifadə edir, bilinmir. Biz istəyirik ki, bütün Şəhidlərimizin adı əbədiləşdirilsin”-deyə, bildirib.

Etikxeber.az

Read Previous

Rəhim Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə-TƏLTİF EDİLDİ

Read Next

Bayramovla Çavuşoğlu-BÖLGƏDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ ETDİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir