Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Bu ölkələrə fərqli yanaşmalar olmalıdır. Əks halda heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz”.
Etikxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə ətrafında çıxış edərkən söyləyib.
M.İbrahimqızı bildirib ki, məruzədə Azərbaycanın təcavüzə məruz qalması və Ermənistanın təcavüzkar ölkə olduğu aydın göstərilməlidir.
Deputat bu məsələnin məruzədə əksini tapmasını təklif edib.
Etikxeber.az