“Təhlükəli iş şəraiti, ekoloji çirklənmə…” – ELŞAD HƏSƏNOV

Son illər böyük biznes daha çox nüfuz və təsir imkanları qazanıb. İri şirkətlər bir tərəfdən iş yeri yaratmaq və vergiləri ödəməklə cəmiyyətə fayda versələr də, digər tərəfdən təhlükəli iş şəraiti, ekoloji çirklənmə, ayrı-seçkilik və ya işçilərin qanunsuz izlənilməsi kimi hallara yol verərək insan hüquqlarını pozurlar.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsində “İnsan hüquqları və biznes” adlı məruzə üzrə keçirilən dinləmələrə sədrlik edən qurumdakı nümayəndə heyətimizin üzvü, AŞPA-nın İnsan hüquqları və biznes üzrə məruzəçisi Elşad Həsənov söyləyib.

O, qeyd edib ki, son bir neçə onilliklər ərzində BMT və digər beynəlxalq qurumlar insan hüquqları sahəsində biznesin məsuliyyətini müəyyən edən bir sıra hüquqi aktlar qəbul edib. Bu mexanizmlər arasında BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təsdiqlənmiş “Biznes və insan hüquqları təlimatları” dövlətlər və şirkətlər üçün bu sahədə ən münasib sənəd hesab olunur.

elsaddddddd-aspa

E.Həsənov xatırladıb ki, Avropa Şurası üzv dövlətlərə BMT-nin təlimatlarının icrası üçün milli qanunvericiliyi nəzərdən keçirməyi və “milli fəaliyyət planı” nümunələrinin mübadiləsini tövsiyə edir. Amma bu günə qədər Avropa Şurasının yalnız 18 üzv dövləti bu cür fəaliyyət planı hazırlayıb.

Deputat qeyd edib ki, tövsiyənin icrası 2021-ci ilin mart ayına qədər qiymətləndiriləcəyi üçün hesabatın məqsədi bu günə kimi onun necə icra olunduğunu araşdırmaq olacaq. Dinləmələrdə bu sahə üzrə ekspertlər və AŞPA deputatları çıxış ediblər.

Etikxeber.az

Read Previous

“Bu, faciədir…” – ASİM MOLLAZADƏN AŞPA-DAN SƏSLƏNDİ

Read Next

“Heç kim, heç nə əla deyil…” – SƏMƏD SEYİDOV AŞPA-NI SƏRT TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir