“Təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun gücləndirilməsini tələb edirdi”-Vitse-spiker

Sentyabrın 25-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycanda keçiriləcək referendumu izləyəcək MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri ilə görüşüb.

Etikxeber.az-ın məlumatına görə, V. Ələsgərov qeyd edib ki, müasir dövrdə vətəndaşlar seçki hüququna daha çox önəm verirlər. Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi vətəndaş cəmiyyətinin sifarişidir. Dünyada və regionda baş verən təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun və idarəetmənin gücləndirilməsini tələb edirdi.

MDB Parlamentlərarası Assambleyası ilə ölkəmiz arasındakı münasibətlərdən söz açan Milli Məclis sədrinin müavini bildirib ki, bundan əvvəl də dəfələrlə Azərbaycanda keçirilən seçki proseslərini izləyən təşkilatın müşahidəçi missiyasının üzvləri hər zaman obyektiv və ciddi yanaşma nümayiş etdiriblər.

Nümayəndə heyətinin rəhbəri, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Federal Məclisin komitə sədri Dmitri Azarov, Qazaxıstan parlamentinin nümayəndəsi Serik Bekturqanov çıxışlarında obyektivliyin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilik missiyasının əsas xətti olduğunu bildiriblər. Artıq məntəqə seçki komissiyalarının formalaşması, yeni texnologiyaların tətbiqi, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə yaxından maraqlandıqlarını deyən qonaqlar sabah Azərbaycanda ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Etikxeber.az

Read Previous

Piyada körpüsünün uçması nəticəsində üç nəfər həlak oldu

Read Next

Ən ucuz eynək orada 13 min dollardır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir