Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı ayrıca qanun olacaq – KOMİTƏ SƏDRİ – YENİLƏNİB

Təhsil müəssisələrinin akkreditasiyası ilə yeni qanun layihəsi hazırlanır.

Etikxeber.az xəbər verir ki,  bu haqda Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 13-də keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli bildirib.

Qeyd edək ki,  iclasda Azərbaycanda təhsil xidmətlərini həyata keçirən fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi təklifi millət vəkili Sona Əliyevadan gəlib.

S.Əliyeva iclasda çıxışı zamanı  təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsini vacib sayıb:

“Çox istərdim ki, Təhsil Nazirliyi təkcə təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin. Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var. Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir. Bu baxımdan məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim”.

***

 İ. Həbibbəyli də öz növbəsində belə bir qanun layihəsinin hazırlandığını söyləyib.

“Yeni qanun layihəsində təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı bir çox məsələlər öz həllini tapacaq”-deyən, komitə sədrinin sözlərinə görə,  yaxın vaxtlarda həmin qanun layihəsi ilkin variantda və komitə səviyyəsində  müzakirəyə çıxarılacaq.

“Hesab edirik ki, belə bir qanun layihəsinə də ciddi ehtiyac var. Bu sənəd də təhsilimizin inkişafına gələcəkdə öz töhfələrini verə bilər və verəcək”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İki nazirlik ümumi təhsillə bağlı qanun layihəsinə müsbət rəy verdi… – YENİLƏNİB

Read Next

“Bu uşaqlar necə təhsil almalıdır?” – SONA ƏLİYEVADAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir