Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nazirlər Kabineti “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.
Etikxeber.az xəbər verir ki, “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsait hesabına İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.
“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” isə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsait hesabına Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.
Etikxeber.az





