“Təhsilimizdə hələ də həllini gözləyən problemlər var ki…” – MİLLƏT VƏKİLİ

Deputat: “DİM-in açıqladığı nəticələr araşdırılmalı və ciddi nəticələr çıxarılmalıdır”
“Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin  az qala yarısının  200-dən az bal toplaması çox düşündürücü və çox narahatedici bir məsələdir”.
Etikxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, əslində bu göstərici minimum dərəcədə aşağı olmalıydı, ancaq çox təəssüflər olsun ki, ortada belə bir reallıq və acı mənzərə var:
“Bildiyiniz kimi, təhsil, onun inkişafı hər bir millətin, xalqın baslıca hədəflərindən, prioritetlərindəndir. Çünki təhsilsiz cəmiyyət inkişafsız cəmiyyət deməkdir. İnkişafın, islahatların, çiçəklənmənin, tərəqinin kökündə, özülündə  məhz təhsil dayanır. Təhsilsiz inkişafı düşünmək özü mümkünsüz olan bir şeydir. Tarixə də nəzər yetirsək  görərik ki, o cəmiyyətlər, o toplumlar, o xalqlar və dövlətlər ki, təhsilə böyük önəm veriblər, hər zaman onlar qazanınblar, uğur, öncüllük əldə ediblər. Konkret olaraq, İkinci Dünya Müharibəsində iki ölkə Almaniya və Yaponiya müharibəni uduzdu, müharibədən iflas vəziyyətdə çıxdı.
eldeniz-eldeniz
Ancaq onlar olan-qalan bütün vəsaitlərini, olmayan büdcələrini bütövlükdə təhsilə yönəltdilər və qısa zmanda nəinki məğlubiyyət sindromundan, mənəvi çöküşdən xilas oldular, əksinə, dünyada inkişaf səviyyəsinə görə, daha ön mövqelərə ucaldılar və bu gün də dünyanın ən qabaqcıl, ən inkişaf etmiş ölkələri sırasında uğurla addımlamaqdadlar. Yəni, inkişaf üçün təhsilin önəmi sözlə ifadə edilməyəcək dərəcədə vacibdir, əhəmiyyətlidir və lazımlıdır”.
E. Səlimov bu baxımdan hesab edir ki, Azərbaycanda da təhsilin inkişafına, gələcək nəslin daha sağlam və daha savadlı, daha bilikli böyüdülməsinə mühüm önəm verilir, ciddi diqqət və qayğı göstərilir.
“İstər böyük siyasət və dövlət adamı olan mərhum prezidentimiz Heydər Əliyevin dövründə, istərsə də onun siyasətinin layiqli davamçısı olan ölkə prezidenti  cənab İlham Əliyevin 15 illik hakimiyyəti dövründə təhsilin inkişafına çox böyük diqqət yetirilib, bu istiqamətdə bütün addımlar atılıb və atılmaqdadır. Eyni zamanda, Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə ölkədə təhsilin inkişafı yönündə misilsiz addımlar atılmaqdadır. Buna tək bir fakt kimi, “Yeniləşən Azərbaycana -Yeni məktəb”  layihəsini göstərmək kifayətdir ki, mənzərə tam aydın olsun.
talaba-qabul
Yəni, təhsilin inkişafı, savadlı gəncliyin təminatı  Azərbaycan dövlətinin, şəxsən dövlət rəhbəri İlham Əliyevin birbaşa nəzarətində və diqqətindədir. Təhsilin inkişafı ölkəmizdə Qarabağ, ərazi bütövlüyü, milli təhlükəsizlik məsələsi qədər vacib və prioritet məsələlərdəndir, bu sırada birincilərdənndir. Təsadüfi deyil ki, cənab prezident özünün bütün çıxışlarında da təhsilin inkişafına böyük yer ayırır, ən vacib, ən əhəmiyyətli kapitalın insan kapitalı, insana yönələn kapital olduğunu bildirir. Yəni, deməkdə məqsədim odur, bəlkə də dünyada, regionumuzda Azərbaycan qədər təhsilin inkişafına bu qədər fikir verən, kapital, sərmayə yatıran ikinci bir ölkə yoxdur və bunun da müsbət nəticələri özünü göstərməkdədir. Amma bununla belə, görünür ki, təhsilimizdə hələ də həllini gözləyən məsələlər, problemlər var. Bu problemlər də nə qədər tez və vaxtında araşdırılıb, tapılıb, təhlil və həll edilsə, bir o qədər yaxşı və məqsədəuyğun olar.
Elə sahələr var və ola bilər ki, orada müəyyən problemlərin həllini gözlətmək, sonraya saxlamaq olar, ancaq təhsil elə bir sahədir ki, orada bir an olsun belə gecikməyə, arxayınçılığa yol vermək olmaz. Problem varsa, dərhal vaxtında və yerində həll olunmalıdır.  Onu da qeyd edim ki, cənab prezidentinin  rəhbərliyi ilə ölkədə kadr və strukrur islahatları aparılmaqdadır. Sonuncu seçkilərdən sonra da bu istiqamətdə yeni mərhələyə start verilib. Təhsil sektoruna da yeni rəhbərlik gətirilib, gənc, işgüzar və perspektivli kadr kimi Ceyhun Bayramov belə bir önəmli və strateji sahəyə rəhbər təyin olunub.
dim-dim
Bu baxımdan inanıram və əminəm ki, təhsil sahəsində keçmiş nazir Mikayıl Cabbarovun dövründən başladılan islahatlar prosesi onun nazirlik dönəmində də daha inamla, daha sürətlə aparılacaq, davam etdiriləcək və çox qıza zamanda bizi üzən, narahat edən məlum faktlar öz müsbət həllini tapacaq, təhsilimizdəki problemlər yoluna qoyulacaq. Ancaq bir daha qeyd edirəm ki, Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələr hamımızı narahat edir və bu narahatlıqlar da aidiyyatı qurum tərəfindən tezliklə araşdırılıb, təhlil edilib, aradan qaldırılmalıdır. Düşünürəm ki, məhz belə də olacaq” – deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

“Bilirdim, görürdüm ki…” – PREZİDENT

Read Next

Əliyev Malayziyanın baş nazirini təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir