Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu dəyişikliklər 3 məqsəd güdür. Birincisi, bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına yönəlib. İkincisi, təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların 6 yaşı tamam olmuşlarla eyni vaxtda məktəbə getməsi, onlara da belə bir hüququn tanınması çox mütərəqqi haldır. Üçüncüsü, dəyişikliklər məktəblərdə kadrların keyfiyyət dəyişikliyə gətirib çıxaracaq, təhsilimzdə yeni səhifə açacaq.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 23-də keçirilən iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihələrinin müzakirəsi zamanı millət vəkili, professor Musa Qasımlı deyib.
O, bildirib ki, təhsil sahəsində ən önəmli məqamlardan biri müəllimlərin, pedoqoji kadrların hazırlığının yüksək səviyyədə olmasıdır:
“Bu, çox vacib məsələdir. Gələcək inkişafımız, təhsilimiz bundan çox asılıdır. Çünki heç kimə sirr deyil ki, 1980-cı illərin sonları, 90-ların əvvəllərində kolxoz-sovxoz sistemi dağılandan sonra kimlər gəlib müəllim oldu… İndi isə bu dəyişikliklər təhsil sistemimizi sağlamlaşdıracaq”
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





