Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
CXP Mərsin millət vəkili Fikri Sağlar partiyadan xaric olunmaq tələbi ilə adıçəkilən təşkilatın Mərkəzi İntizam Komissiyasına şikayət edilib.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, bununla bağlı qərar bu gün 6 saata yaxın davam CXP Məclisinin toplantısında verilib.
Qərar səsverməyə çıxarılmazdan əvvəl isə öz fikrini bir daha bildirmək üçün F. Sağlara söz verilib.
O, çıxışında fikirlərinin mətbuat tərəfindən təhrif edildiyini və CXP lideri üçün “tək adam” sözünü işlətmədiyini iddia edib.
Ancaq onun bu təkzibi də işə yaramayıb.
Partiya Məclisi səs çoxluğu ilə F. Sağları CXP-nin Mərkəzi İntizam Komissiyasına şikayət edən qərar çıxarıb.
CXP Mərkəzi İntizam Komissiyasının da F. Sağlarla bağlı yaxın günlərdə qərar çıxaracağı gözlənilir.
Etikxeber.az