Tək övlad-Şəhid Samir Əliyevin anası-ÜMRƏ ZİYARƏTİNDƏN QAYITDI… – FOTOLAR – YENİLƏNİB

Şəhid anası ziyarətdən dönüb.

Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək oğlan övladı, anası tərəfindən təkbaşına böyüdülmüş ali-hərbi təhsilli Leytenant, 3-cü dərəcəli “Rəşadət” ordenli Samir Əliyevin anası Sevda Aydın qızı Samirli (Əliyeva) Ümrə ziyarətindən qayıdıb.

Etikxeber.az xəbər verir ki, bu gün-4 sentyabr 2026-cı il tarixində, günorta saatlarında Ümrə ziyarətindən qayıdan Şəhid anasını Heydər Əliyev Beynəlxalq Hava Limanında doğmaları, yaxınları, o cümlədən Şəhidsevər ziyalılar-“Nur” mərasim evinin rəhbəri Ülvi Quliyev, “Səda” kanalının rəhbəri Elnur Şükürov və digərləri qarşılayıblar.

Onlar Şəhid anasına gül dəstələri təqdim edib, “ziyarətiniz Allah qatında qəbul olsun”-deyiblər.

Şəhid anasına can sağlığı, uzun ömür diləyiblər.

Şəhid anası da öz növbəsində hər kəsə-ziyarəti təşkil edənlərə və onu qarşılayanlara minnətdarlığını ifadə edib.

Bildirib ki, Ümrə ziyarəti onun yaddaşında, xatirəsində daim qalacaq bir ziyarətdir.

Sonra xatirə fotoları çəkdirilib.

Qarşılanmadan sonra isə Şəhid anası və yaxnları, Şəhidsevər ziyalılar Sevda xanımın Zığ bağları deyilən ərazidə yerləşən evinə-Samir Əliyevin ocağına gəliblər.

Ziyarətiniz bir daha qəbul olsun, Şəhid anası!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”-ƏLİYEV MELONİNİ TƏBRİK ETDİ

Read Next

Şimşək çaxacaq, dolu düşəcək, leysan olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir