Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Kəlbəcərli, özü isə Mingəçevirli olan Cahangir Qurban oğlu Tağızadənin doğum günüdür.
Cahangir Tağızadənin bu gün-27 may tarixində 21 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Cənnətdəki ikinci doğum günü ilə bu gün axşam saatlarında-17:00 radələrində Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Valideynlərinə-anası Şərafət xanıma və atası Qurban Tağıyevə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.
Məzarını ziyarətdən sonra “Tural” şadlıq sarayında Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha çıxışlar və ruhuna dualar edilib.
Şəhid və mərhum qardaşı Elvin Tağızadə (Tağıyev) ilə bağlı videoçarx nümayiş etdirilib.
Bu zaman kövrək, təsirli anlar yaşanıb.
Məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Sonra Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.
Sonda adına ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdən və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə valideynləri, doğmları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, Mingəçevir şəhər və Kəlbəcər rayon İcra hakimiyyətlərinin nümayəndələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Kəlbəcər rayonunun Təkəqaya kəndindən və məcburi köçkün olan Cahangir Tağızadə 2004-cü ilin may ayının 27-də Mingəçevir şəhərində dünyaya gəlib.
Ailələdə iki övlad, iki qardaş olublar.
Yaşca böyük, tək, yeganə və nişanlı olan qardaşı Elvin Tağızadə (Tağıyev) ötən ilin yazında faciəli şəkildə dünyasını dəyişib.
Cəmi bir neçə ayın içində Tağıyevlər (Tağızadələr) ailəsi hər iki övladını itirib, iki övlad faciəsi yaşayıblar.
Cahangir 2010-2021-ci illərdə Mingəçevir şəhərindəki məcburi köçkünlər üçün tikilmiş məktəbdə-“Ağdam məktəbi”ndə təhsil alıb.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddət sonra, 2022-ci ilin yayında Əsgərliyə yollanıb
Bakı şəhərində, Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.
Azərbaycan Ordusunun Əsgəri kimi lokal xarakterli Antiterror əməliyyatında iştirak edib və elə sentyabrın 19-da da Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 3 gün sonra, 22 sentyabr 2023-cü il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir medal və bir ordenlə təltif olunub.
O, həm də subay olub.
Onu da qeyd edək ki, Şəhidin dayısı Elgiz İbrahim oğlu Hüseynzadə də Şəhiddir.
O da cəmi 19 yaşında və İkinci Vətən Müharibəsində Şəhidlik məqamına ucalıb.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
19:30
***
FOTOLAR:










***
21:50













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az