Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım Günüdür.
15 oktyabr 2026-cı il tarixində İkinci Qarabağ Savaşı Şəhidlərindən Cəmil Habil oğlu Məmmədli və Samir Vaqif oğlu Fərzəliyevin torpağa tapşırılmasından altı il keçir.
Eyni zamanda, 15 oktyabr 2021-ci il Şəhidi Əfqan Bəhman oğlu Həmzəyevin Əbədiyyətə uğurlanmasından beş il ötür.

Etikxeber.az xəbər verir ki, əslən İsmayıllı rayonundan, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsindən olan Cəmil Məmmədli 1999-cu ilin iyul ayının 28-də, Ağdamın Quzanlı qəsəbəsindən olan Samir Fərzəliyev 1996-cı ilin dekabr ayının 8-də, Goranboy rayonunun Borsunlu kəndindən olan Əfqan Həmzəyev isə 2002-ci ilin avqust ayının 28-də dünyaya gəlib.
Cəmil Məmmədli ali təhsilli, Samir Fərzəliyevlə Əfqan Həmzəyev orta təhsilli olublar.

Cəmil Məmmədli ailənin iki övladından biri və tək oğlu, Samir Fərzəliyevin üç övladdan və iki qardaşdan biri, Əfqan Həmzəyev isə evin iki övladından biri, tək bacının tək qardaşı idi.
Samir Fərzəliyev hərbçi-MAXE, Cəmil Məmmədli ilə Əfqan Həmzəyev Azərbaycan Ordusunun əsgərləri olublar.
Cəmil Məmmədli Füzuli, Samir Fərzəliyev Ağdərə, Əfqan Həmzəyev isə Ağdam istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.
Cəmil Məmmədli İsmayıllı rayon Şəhidlər Xiyabanında, Samir Fərzəliyev Quzanlı Şəhidlər Xiyabanında, Əfqan Həmzəyev isə Borsunlu kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıblar.
Cəmil Məmmədli, Samir Fərzəliyev və Əfqan Həmzəyev Şəhidliklərindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Badamdar qəsəbəsindəki küçələrdən birinə Cəmil Məmmədlinin adı verilib.
Həmçinin, Cəmil Məmmədlinin Bakı şəhərində, Səbail rayonunda oxuduğu məktəbdə büstü ucaldılıb.
Eyni zamanda, Borsunlu kəndində Əfqan Həmzəyevin adını daşıyan küçə var.
Hər üç Şəhid həm də subay olublar.
***







Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





