Tək və subay oğul, 22 yaşlı, nəşi 52 gündən sonra tapılan Alpanlı, Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Orxan Balayev VƏ YA ŞƏHİDİN OCAĞINI, AİLƏSİNİ, MƏZARINI YENİDƏN ZİYARƏTİM… – FOTOLAR

Qədim Qubanın ucqar və füsunkar kəndlərindən olan qədim Alpandayam…

Bu, həm də Alpana üçüncü gəlişim, üçüncü səfərimdir…

Öncəki səfərlərimdə, gəlişlərimdə olduğu kimi, bu dəfə də Alpanlı Şəhidlərimizi, Şəhid ailələrini, Şəhid ocaqlarını ziyarət etdim…

Hazırda da (həm də yenidən) Alpanlı üç İkinci Vətən Müharibəsi Şəhidindən biri olan peşəkar hərbçi-Gizir Orxan Vidadi oğlu Balayevgildəyəm…

Bu da Şəhidimizin ocağına üçüncü gəlişim və ziyarətimdir…

İlk gəlişimdən də söz vermişəm ki, nə vaxt Qubaya, Alpana yolum düşsə, mütləq Şəhidimizin-Orxan Balayevin ocağını, ailəsini ziyarət edəcəyəm…

Və ziyarət zamanı bir daha Şəhidimizin valideynlərinə, tək və subay oğullarını, 22 yaşlı övladlarını Şəhid vermiş Məlahət xanıma və Vidadi Balayevə Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin ruhu şad, məqamı Uca olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Sonra Şəhidimizin valideynləri və əmisi oğlu Ravidlə birgə Alpan Şəhidlərinin-21 Şəhidin xatirəsinə ucaldılmış-inşa edilmiş “Xatirə lövhəsi” kompleksini ziyarət etdim…

Daha sonra Alpan kənd qəbiristanlığında uyuyan Şəhidimizin məzarını ziyarət etdim doğmaları ilə birlikdə…

Bir daha məzarı, müqəddəs ruhu qarşısında baş əydim ehtiram hissilə…

Və ziyarətimi, ziyarətimizi başa vurib, yenidən Şəhidimizin evinə döndüm və qeyd etdiyim kimi, hazırda da Şəhidimizin ocağındayam…

Valideynləri ilə söhbətləşir, dərdləşirəm yenidən…

Bala, övlad, tək oğul həsrətindən, itkisindən sızım-sızım sızıldayır, göyüm-göyüm göyrənirlər…

Nə qədər gizlətməyə çalışsalar da, göz yaşlarını saxlaya bilmirlər…

Çünki çox çətindir, çətindən də çətindir tək və subay övlad itkisinə dözmək, səbr etmək…

Allah yenə də və bir daha səbr və dözümlərini versin!

Allah bir daha övladlarının dərgahını mübarək, məkanını cənnətlik etsin!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evdən içində 130 min dollar və 700 qram qızıl olan seyfi oğurlayıb, Azərbaycandan çıxmaq istəyən Çin vətəndaşları tutuldi-DİN MƏLUMAT YAYDI

Read Next

21-ci əsrin ən yaxşı futbolçusu-LİONEL MESSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir