Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və subay oğlu Zaur İsmayılzadə ilə bağlı bu gün-4 fevral 2025-ci il tarixində, saat 15:00-da Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində tədbir düzənlənib.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra çıxışlar başlayıb.
Şəhidin anası, keçmiş hərbçi Sevil Hüseynova, yazıçı Ötəxan Eltac, Şəhid Elşad Əliyevin anası Flora Əliyeva, jurnalist Kamil Həmzəoğlu (Həmidov) və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin cəmi 25 illik qısa, lakin şərəfli ömür və hərb yolundan danışılıb, Vətən naminə fədakarlığından söz açılıb.
Şəhidin ailəsinə-anası Sevil Hüseynovaya Allahdan səbr və dözüm arzulanıb.
Sonda-tədbirin ədəbi-bədii hissəsində isə Mərkəzi Zabitlər Evinin əməkdaşları-solistləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
İki saata yaxın davam edən tədbirdə həmçinin, fotolar çəkdirilib.
17:55
***
FOTOLAR:



19:01
***












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az