Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək, subay və ali təhsilli oğlu, tək bacının tək qardaşı, atasını hələ uşaqkən itirən Bakılı, Binəqədili Vüsal Aftandil oğlu Məmmədovun bu gün Anım Günüdür…
Bu gün-29 noyabr 2024-cü il tarixində, səhər saatlarında Vətənsevər, Şəhidsevər ziyalı dostlar-Hüseyn Xudatov və Araz Məmmədovla birlikdə Şəhidimizin Anım Günü mərasiminə qatıldıq…
Öncə Binəqədi qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanını, Şəhidimizin məzarını, eləcə də bu müqəddəs məkanda uyuyan digər Şəhidlərimizin məzarlarını ziyarət etdik…
Qeyd edim ki, Anım Günü ilə bağlı Şəhidimizin anası Mahirə başda olmaqla, Binəqədili Şəhid ailələri, din xadimləri, Qazilər və digər şəxslər də Vüsal Məmmədovun məzarını ziyarətə gəlmişdilər…
Şəhidimizin məzarı və ruhu qarşısında baş əydik, ruhuna dualar etdik…
Sonra ailəsinin yaşadığı evdə-ata ocağında keçirilən Anım məclisinə qatıldıq…
Məclisdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət himnimiz səsləndirildi…
Ruhuna dualar edildi, “Quran” oxundu…
Şəhidimizin anası Mahirə xanım da ziyarət və mərasim iştirakçılarına, xüsusilə, Dərd və Qürur ortağı olan Şəhid ailələlərinə minnətdarlığını ifadə etdi, övladı ilə Fəxt etdiyini, Qürur hissi keçirdiyini sözlərinə əlavə etdi…
Sonra Şəhidimizin adına ehsan süfrəsi açılıdı…
***
Şəhidimizin məzarını ziyarətdən və Anım məclisində iştirakdan sonra üzü Qaraçuxura, 2022-ci ilin noyabr ayında xidmətini borcunu yerinə yetirərkən Şəhid olmuş 19 yaşlı və əslən Lerikli Nurəddin Burhan oğlu Mirzəzadənin ocağını, ailəsini ziyarət etdik…
Ailənin üç övladından, iki qardaşdan biri olan 22 aprel 2003-cü il təvəllüdlü Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…
Təxminən saat yarım çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik, cəmi 19 yaşlı Nurəddinin qısa, lakin şərəfli ömür yoluna nəzər saldıq…
Bayraq, Vətən sevdalısı olan, ən güclü futbolçulardan biri olmaq arzusu ilə yaşayan Şəhidimiz 2009-2018-cı illərdə 104 saylı tam orta məktəbdə 9 illik təhsil alıb…
Sonra-2018-2021-ci illərdə 3 il təhsilini Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirib…
2022-ci ilin iyul ayının 13-də isə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Əvvəlcə Gəncə şəhərində, sonra isə Kəlbəcərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
Kəlbəcər və Şuşada olmaq, oraları görmək arzusu ilə alışıb-yanan Şəhidimiz elə Kəlbəcərdə də Şəhid olub…
Özü də 25 noyabr Kəlbəcər şəhəri günündə, Kəlbəcərin erməni işğalından azad olunmasının ikinci ilində…
Ancaq nəşi 3 gün sonra-28 noyabr 2022-ci il tarixində Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub…
Əvvəlcə bir qədər kənarda dəfn edilən Şəhidimiz sonra-2023-cü il dekabrında digər Şəhidlərimizlə eyni məkanda Əbədiyyətə uğurlanıb…
Qeyd etdiyim kimi, Şəhidimiz ailənin üç övladından, iki qardaşdan biri idi…
Ondan 12 yaş böyük olan 1991-cü il təvəllüdlü qardaşı da İkinci Vətən Müharibəsində iştirak edib bir MAXE kimi…
Qardaşının Şəhidliyindən bir müddət sonra isə Ordudakı fəaliyyətini dayandırıb, Ordudan təxris olunub və hazırda da ailəlidir…
Hərbçi xanımı olan tək bacısı isə iki övlad sahibidir və hazırda Naxçıvan Muxtar Respulikasında yaşayır…
Eyni zamanda, Şəhidin iki əmisi oğlu-Xüsusi Təyinatlı, “Qarabağ” ordenli Zəka Mirzəyev və Qazi Şamxal Mirzəyev İkinci Vətən Müharibəsinin iştirakçılarından olublar…
Şəhidimizin ailəsinə, ocağına baş çəkdikdən sonra atası Burhan Mirzəyev ilə birlikdə Dədə Qorqud Şəhidlər Xiyabınını-Nurəddinin və digər Şəhidlərimizin məzarlarını ziyarət etdik…
Ruhlarına dualar oxuduq, məzarları önündə baş əydik…
Ruhları şad olsun!
Nurlar içində yatsınlar!
FOTOLAR:
***
***
***
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az