Tək və subay övlad, İkinci Vətən Müharibəsi iştirakçısı, MAXE, Yeni ilin ilk gündə Cənnətdəki ikinci doğum günü olan-XAÇMAZLI ANTİTERROR ŞƏHİDİ AĞAMİ ƏLİŞANOV… – FOTOLAR – YENİLƏNİB

Xaçmaz rayonunun Qaradağlı kəndindən olan Antiterror Şəhidi, atasını körpə yaşlarında itirən, anası tərəfindən təkbaşına və dayısının himayəsində böyüdülən tək və subay övlad, İkinci Vətən Müharibəsi iştirakçısı, MAXE, 3 medal və bir ordenli Ağami Mehman oğlu Əlişanovun Cənnətdəki ikinci doğum günündə, 23 yaşının tamamında-1 yanvar 2025-ci il tarixində məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Doğmalarına-anası Dilbər xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Etikxeber.az xəbər verir ki, məzarını ziyarətdən sonra Cənnətdəki ikinci doğum günü ilə bağlı Qaradağlı kəndində-dayısının evində məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə Xaçmazdan, Şabrandan, Qusardan, Bərdədən olan Şəhid ailələri, din xadimləri, yerli ziyalılar, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhidliyindən 3 ay 12 gün sonra dünyaya gələn kiçik qızı Yağmurla eyni gündə doğulan, bu gün 33 yaşı tamam, Cənnətdəki ikinci doğum günü olan-ANTİTERROR ŞƏHİDİ RAMİL RƏHİMOV… MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Hələ uşaq yaşlarından hiss edirdim ki, oğlum gələcəkdə hərbçi olacaq…”-AĞCABƏDİLİ ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN GİZİR İSGƏNDƏR MUSEYİBLİNİN ANASI DİLBƏR AĞAYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir