Tək və subay övlad, İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədov-BU GÜN 26 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Gəncə şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ramal Məmmədovun doğum günüdür.

Bu gün-1 yanvar 2026-cı il tarixində Ramal Məmmədovun 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ramal Məmmədov 1 yanvar 2000-ci il tarixində Gəncə şəhərində dünyaya göz açıb.

Ailənin tək övladı olub.

Uşaq vaxtlarından anası İlhamə xanımın himayəsində yaşayıb, təkbaşına böyüyüb.

2007-ci ildə birinci sinfə gedən Ramal 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb.

1 il Beyləqan rayonunda yerləşən “N” sayl hərbi hissədə xidmət edib.

Bir ilinin tamamına az qalmış isə 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük İkinci Qarabağ Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu gün çəkib.

 Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.

2020-ci il oktyabrın 1-də20 yaşının tamamına düz 3 ay qalmış Füzuli rayonu istiqamətində döyüşlərdə qəhrəmancasına Səhidlik zirvəsinə yüksəlib.

Nəşi Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra isə 3 medalla təltif olunub.

Anası İlhamə Məmmədova isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

20 yaşında Şəhadətə qovuşan Ramal həm də subay olub.

Qeyd edək ki, Ramal Məmmədovun yaxın qohumu Saleh Əliyev də İkinci Vətən Müharibəsi Şəhididir.

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün saat 10:00 radələrində Şəhidin Lökbatan Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, anası İlhamə xanımAllahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra isə Lökbatanda yerləşən “Kars” restoranında Şəhidin adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində Şəhidin anası, yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri, Qaradağ rayonunun məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:03

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Şəhid ailələrinin iştirakı ilə Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi Taleh Yusifovun qardaşı oğlu-BALACA TALEH YUSİFOVUN KİÇİK TOY MƏCLİSİ OLDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir