Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Göyçaylı, özü isə Bakılı, Qobustanlı olan Pünhan Nadir oğlu Abbasovun Anım Günüdür.
Sabah-17 oktyabr 2026-cı il tarixində Pünhan Abbasovun Əbədiyyətə uğurlanmasında altı il keçir.
Etikxeber.az xəbər verir ki, əslən Göyçaylı olan Pünhan Abbasov 1997-ci ilin 17 avqust tarixində Qobustan qəsəbəsində dünyaya gəlib.
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.
2003-2014-cü illərdə Qobustanda yerləşən 195 saylı tam orta məktəbdə oxuyub.
2015-2017-ci illərdə Əsgərlikdə olub, Vətənin keşiyində dayanıb.
2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Əsgərlikdən sonra evinə, ailəsinə dönüb.
İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub, Vətənin müdafiəsinə atılıb.
Döyüş yolu 20 gün çəkib.
Oktyabrın 17-də Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi elə həmin gün Qobustan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra iki medal-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
23 yaşlı Pünhan həm də ailəli, cəmi iki ayın bəyi olub.
Atası Nəsir kişi isə övlad dərdinə dözməyərək, üç il öncə dünyasını dəyişib.
Hazırda Qobustanda adını daşıyan küçə var.
Həmçinin, əmisinin nəvəsi Onun adını daşıyır.


***
Sabah həm də Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Zaman oğlu Əmirovun Anım Günüdür.
Onun da Əbədiyyətə uğurlanmasından altı il ötür.
Qeyd edək ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində dünyaya gəlib.
Evin tək oğlan övladı olub və anası Xanımnaz İmanova tərəfindən təkbaşına böyüdülüb.
İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib və oktyabrın 15-də Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 2 gün sonra, 17 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.
O, həm də subay olub.
Adını daşıyan küçə var.
Qeyd edək ki, Emil Əmirovun tək dayısı da Şəhiddir.
Dayısı, üç bacının tək qardaşı ola Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ Şavaşında iştirak edib və avqustun 9-da Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Müzəffər İmanov da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.


Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





