Tək və subay övlad-Şəhid Şəhriyar Əlibəylinin adından-GƏNCLƏR GÜNÜNDƏ İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA EHSAN SÜFRƏSİ TƏŞKİL EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün Azərbaycanda 2 fevral-Gənclər Günüdür…

O gənclər ki, cəmi 18, 19, 20, 25…yaşlarında Vətən torpaqlarının, Qarabağın murdar erməni işğalından azad olunmasında qanları, canları ilə Şəhidlik məqamına ucaldılar…

O gənclər ki, sağlamalıqlarını Vətən, Qarabağ yolunda qurban verərək, Qazi oldular…

O gənclər ki, 1991-93-cü illərdən işğal altında olan torpaqları düşmən caynağından azad edərək, Qəhrəmanlıq dastanı yazdılar…

O gəncləri ki…

O gənclərdən biri də məhz gənclik yaşınının son ilində-29 yaşında, 2023-cü ilin mart ayında Vətən yolunda Şəhid olan ali-hərbi təhsilli, peşəkar hərbçi, evin-ailənin tək və subay övladı Şəhriyar Əlibəylidir…

…Və bu gün-Gənclər Günündə Şəhidin-Şəhriyar Əlibəylinin adından uyuduğu İkinci Şəhidlər Xiyabanında cəmi Şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilmişdi…

Ehsan süfrəsindən öncə isə Şəhid ailələri, Şəhriyar Əlibəylinin hərbçi və döyüşçü yoldaşları, digər şəxslər Şəhidin məzarı ziyarət və ruhuna dualar etdilər…

Şəhidin-Şəhriyar Əlibəylinin ruhu qarşısında baş əydilər…

Tək və subay övladını Şəhid vermiş Sahilə xanıma Allahdan səbr və dözüm dilədilər…

Və sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində təşkil edilmiş çay-ehsan süfrəsi arxasında əyləşdilər, bir daha Şəhriyar Əlibəyli də daxil olmaqla, cəmi Şəhidlər ruhlarına dualar etdilər…

Şəhriyar Əlibəyli də daxil olmaqla, Allah hər birinin məkanını cənnətlik, ruhunu şad etsin!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda 14 dərəcə isti olacaq-SABAH

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir