Parlamentdə tələbələ yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.
Etikxeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov çıxış edib.
Vitse-spiker bununla bağlı “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.
V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə MM tərəfindən qanun qəbul olunub.
“Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir”-deyən, V.Ələsgərov bildirib ki, MM bu qanuna əlavələr edərək, tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az