Tələt Paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR – (İKİNCİ HİSSƏ)

Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR

(İkinci hissə)

4-cü sual:

Doğrudanmı türklər 1890-cı ildən başlayaraq erməniləri məhv etməyə çalışırdı?

“Erməni məsələsi” əsasən XIX əsrin ikinci yarısından başlamışdır. Burada rus-türk müharibəsini (1877-78) və bu məsələni Avropada problem kimi qabardan Berlin Konqresini (1878) qeyd etməliyik. Faktiki olaraq məsələnin kökünü aydınlaşdırmaq üçün 1820-cı ildə Rusiyanın etdiklərinə qayıtmaq  lazımdır. Çar Rusiyası məhz bu zaman Mərkəzi Asiyadan öz böyük yeni imperiya ekspansiyasına başladı və bu prosesə Çin sərhədlərində və Sakit okean boyu əsas türk xanlıqları  cəlb edildi. Həmin vaxtı Rusiyanın imperiya ambisiyaları Cənuba, Osmanlı imperiyasına və açıq dənizlərə yol açmağa yönəlmişdi. Bu ambisiyanın əsas hissəsini Rusiya Osmanlı gücünün daxildən sarsıdılmasına, sultanın təbəələri olan xristianlara, əsasən ümumi ortodoks dinə mənsub olan yunanlara, Balkan slavyanlarına və ermənilərə şamil edirdi. Rus agentləri yunan üsyanını qızışdırır,  Serbiya və Bolqarıstanda panslavizmi hərəkətə gətirdikləri zaman digərləri Qafqaza  doğru hərəkət edərək, Eçmiədzində erməni qriqorian kilsəsinin katolikosuna Rusiya təsirini təmin etməyə çalışır, beləliklə də, əksər osmanlı qriqorianlarına mənəvi dəstək olurdular. Ruslar İstanbul patriarxının qısqanclığından öz xeyrinə istifadə edirdi. Belə ki, katolikos Nerses Aratarakes Rusiya ordusunu1827-1828-ci illərdə İranla Qafqaz müharibəsində dəstəkləmək üçün 60.000 erməniyə başçılıq etdi. Bu hadisələr zamanı Qafqazda bir çox ərazi, həmçinin ermənilər yaşayan yerlər tutulur. Katolikosun dəstəyi ilə sərhəd boyu Şərqi Anadoluda rusların peyda olması onların Osmanlı erməniləri arasında nüfuzunu artırdı. Rusiyanın təzyiqi  ilə  İstanbulda 1844-ci ildən başlayaraq katolikosun adının gündəlik ibadətdə  çəkilməsinə nail olunmuş, bu isə sonrakı illərdə Osmanlı ermənilərinin Rusiyaya meylini artırmışdır. Osmanlı ermənilərinin əksəriyyəti vəziyyətlərindən razı idi, bu da rus təbliğatına güclü təsir edirdi, ancaq Qafqaza mühacirət edənlər Osmanlı sabitliyinə və hakimiyyətinə qarşı yönələn Rusiyanın siyasətinə dəstək verdilər.  Onların tərk etdiyi ərazilərdə Rusiyada və Şərqi Avropada təqiblərlə üzləşən və Osmanlı imperiyasına qayıdan müsəlman qaçqınlar yerləşmişdi. Bu 1880 və 1890-cı  illərdə durumları ilə razı olmayan erməni mühacirlərin Osmanlı imperiyasına qayıtmasına və ərazi mübahisələrinə səbəb olmuşdu. Rusiya Osmanlı xristianlarından istifadə etmək istəyən yeganə xarici dövlət deyildi. İngiltərə və Fransa ermənilərin çoxunu protestantlığa və katolikliyə keçirmək üçün missioner hərəkatları maliyyələşdirir, bu İstanbulda 1830-cu ildə katolik kilsəsinin, 1848-ci ildə isə protestant kilsəsinin yaranmasına gətirib çıxarır. Bu hadisələr bilavasitə “erməni məsələsi”nin inkişafı ilə bağlı olmasa da, qriqorian kilsəsində narazılıqlara səbəb oldu və Rusiya bundan öz mənafeyi üçün istifadə etdi.

Digər tərəfdən, 1856-cı il islahatı böyük əhəmiyyət kəsb edirdi. Osmanlı dövlətindən dəstək alan kilsə və digər dini qurumlara hər birinə dinindən asılı olmayaraq eyni hüquqlar verilmişdi, bu isə nəticə etibarilə daxili nizamı təmin etməyə və müəyyən məqsədlərə  çatmağa yönəlmişdi. Ermənilər razı olduğuna görə patriarx tərəfindən Erməni Millət Nizamnaməsi tərtib edilmiş və 29 mart 1862-cı ildə Osmanlı dövlətində qüvvəyə minmişdi. Xüsusi əhəmiyyət kəsb edən yeni nizamnaməyə görə, erməni milləti dövlətdə 140 üzvlə, o cümlədən  İstanbul patriarxatının 20 nümayəndəsi, İstanbul icmasından 80, əyalətdən isə 40 nəfər  təmsil olunurdu. İngiltərə və Fransa tərəfindən qəbul edilməsi tövsiyə olunan 1856-cı il islahat nizamnaməsi erməniləri dəstəkləyir və Rusiyada olan eyni etnik qrupun nümayəndələrinin maraqlarını müdafiə edirdi. Onların narahatlığı erməni sevgisindən çox öz imperialist maraqlarına əsaslanırdı. Ermənilərə Şərqi Anadoluda tarix boyu nəzarətlərində olmayan Qara dənizlə Aralıq dənizi arası böyük ərazi vəd edilmişdi.

Məhz bu şəraitdə Türk-Rus müharibəsi (1877-78) ermənilərin Rusiyanın köməyi və himayəsi ilə azadlıq haqqında olan arzularını canlandırdı. Müharibənin sonunda İstanbulun erməni patriarxı Nerses Variabedyan Eçmiədzin katolikosu vasitəsi ilə rus çarı ilə əlaqə quraraq rus qüvvələri tərəfindən zəbt edilmiş Anadolu ərazisini qaytarmamağı xahiş etdi. Müharibədən dərhal sonra patriarx o zaman İstanbulun yaxınlığında San Stefanoda yerləşən rus düşərgəsinə gedib rus komandanı, böyük knyaz Nikolaydan bütün Şərqi Anadolu ərazisinin Rusiyaya verilməsini və orada Bolqarıstandakı kimi muxtar erməni dövlətinin elan edilməsini xahiş etdi. Bu mümkün olmadıqda isə bu ərazilər Osmanlı imperiyasına qaytarılmalı və məsələ ermənilərin xeyrinə öz həllini tapmayana qədər rus ordusu buradan çıxarılmamalı, idarəetmə və inzibati vəzifələri icra edərək, ərazilərin idarəçiliyini təşkil etməli idi 7. Ruslar San Stefano anlaşmasının 16-cı maddəsi ilə razılaşdılar. Danışıqlar aparılan zaman rus ordusunda olan erməni zabitləri Osmanlı erməniləri arasında narazılığı qızışdıraraq, onları “Balkan xristianlarında olan azadlıq formasını” təmin etməyə çağırırdı. Rus ordusunun çıxarılmasından sonra  bu bəyanat Şərqi Anadolu ermənilərinə çox güclü təsir etdi.

Lakin San Stefano danışıqları Rus-Türk müharibəsinin dayandırılması üçün son vasitə deyildi. İngilislər haqlı olaraq təkcə bu ərazilərdə Rusiyanın hegemonluğunun olmasından deyil, həmçinin Osmanlı imperiyasından gələn təhlükələrdən də ehtiyat edir, türklərin Fars körfəzinə və Hind okeanına çıxması və oradan Hindistanda olan ingilis əraziləri üçün də təhlükə yaratması ehtimalından çəkinirdilər. Kiprin ingilis işğalına dair Osmanlı razılığının əvəzində Şərqi Anadoluda Rusiya təhlükəsi mövcud idi. İngiltərə San Stefanoda bu məqsədlə keçirilən Berlin konqresinin maddələrini pozmaq üçün Avropada olan nüfuzunu istifadə etməyə razılaşdı. Nəticədə Rusiya Qars, Ərdəhan və Batum bölgələrindən başqa bütün Şərqi Anadolu ərazilərinin azad edilməsinə və  5 dövlətin ermənilərlə məskunlaşmış bölgələrdə imzaladığı “islahatlar” institutu ilə razılaşmağa məcbur olmuşdu. Bu zamandan İngiltərə problemlərin həllində “erməni məsələsi”ndən öz mənafeyinə uyğun istifadə etməyə başladı.

 Erməni patriarxı Berlin konqresində iştirak etmək üçün nümayəndə heyəti göndərdi.  Onlar alınan qərardan narazı qalıb İstanbula problemi “mübarizə və inqilab”8 vasitəsilə həll etmək əzmi ilə qayıtdılar. Rusiya da konqresdən öz məqsədinə çatmayaraq qayıtdı, Yunanıstan və Bolqarıstan İngiltərənin təsiri altında qaldı. Buna görə o, daha artıq güclə Şərqi Anadolu ərazisində nəzarəti saxlamağa çalışır və bu məqsədlə ermənilərdən siyasi alət kimi istifadə edirdi. Lakin bu məsələdə Rusiyanın arxasında erməniləri öz milli mənafeyinə uyğun istifadə etməyə çalışan İngiltərə dururdu. Ermənipərəst fikirləri ilə məşhur olan fransız yazıçısı Rene Pinonun sözlərinə görə, “Ermənistan İngiltərənin əlində Rusiya ekspansiyasına qarşı vasitə oldu”. Rusiya ya Britaniyanın təsiri altında, hər halda,  ermənilər osmanlılara qarşı öz ambisiyalarını irəli sürməyə başladılar.

İngiltərənin baş naziri Benjamin Disraeli və torilər Berlin konqresində Osmanlı ərazisinin bütövlüyünü  Rusiya ekspan­si­ya­sına qarşı müdafiə etdi. Amma Vilyam Qlədstonun və liberalların 1880-ci ildə hakimiyyətə gəlişindən sonra İngiltərənin Osmanlılara qarşı siyasəti kəskin dəyişdi. O, Osmanlı imperiyasının maraqlarına zidd olmaqla bu ərazidə Ermənistan da daxil olaraq kiçik dövlətlərin yaranmasını dəstəkləyirdi. Bu siyasətə uyğun olaraq İngiltərənin dövrü mətbuatı Şərqi Anadolunu “Ermənistan” adlandırmağa başladı, xristian əhali ilə əlaqə qurmaq üçün ərazinin hər yerində İngiltərənin konsulluqları açıldı, Şərqə göndərilmiş protestant missionerlərin sayı artdı, yeni siyasətə təsir etmək üçün Londonda ingilis-erməni dostluq komitəsi yaradıldı. Rusiya və İngiltərənin ermənilərdən öz mənafeləri üçün bir alət kimi istifadə etmələri erməni və bir çox digər xarici mənbələrdə sənədləşdirilmişdir. Belə ki İstanbuldakı Fransa səfiri Pol Kambon 1894-cü ildə Qay d’Orseyə məlumat verirdi ki, “Qlədston erməniləri nizamla toplayaraq onlara kömək və komitənin təbliğatını vəd edir”. Edqar Qranvil deyirdi ki, “rusların çağırışından əvvəl Osmanlı ərazisində heç bir erməni hərəkatı olmamışdır. Günahsız insanlar çarın himayəsi altında “Böyük Ermənistan” arzusuna görə ziyan çəkmişlər” və “Erməni hərəkatları Şərqi Anadolunu Rusiyaya birləşdirməyə çalışırdı”. “Hairenik” daşnak qəzeti 28 iyun 1918 il sayında yazırdı ki, “Türkiyədə ermənilər arasında üsyan ruhunun qalxması Rusiya təbliğatının nəticəsi idi”. Erməni patriarxı Xoren Aşikyan “Ermənistan tarixi” kitabında yazırdı: “İngiltərənin xeyrinə təbliğat aparan və Britaniyanın nəzarəti altında avtonomiya arzulayan Türkiyənin müxtəlif yerlərinə  çoxlu sayda protestant missioner səpələnmişdir. Onların məxfi planlarının həyata keçirilməsi üçün məktəblər açılmışdı”. Erməni dini lideri Qrant Vartaped yazırdı ki, “Osmanlı dövlətinin ərazisində protestant qurumların yaradılması və onların İngiltərə və Amerika tərəfindən müdafiə olunması göstərir ki, onlar Qərbin istənilən mənəvi, dini hisslərini axtardıqları sivilizasiyada istifadə etməkdən imtina etməyiblər”, hətta Eçmiədzin katolikosu V Qevork çar Rusiyasının aləti olaraq Anadolu ermənilərinə xəyanət etmişdir 9.

Bu siyasətin nəticəsində 1880-cı ildən başlayaraq Şərqi Anadoluda və Ərzurumun milli qvardiyasında erməni təşkilatları yaradılmışdır. Lakin bu təşkilatların az təsiri var idi, çünki Osmanlı imperiyasında ermənilər firavan yaşayırdı və Osmanlı idarəçiliyindən heç bir şikayətləri yox idi. Zamanla bu cə­miy­yətlər fəaliyyətsizliyinə görə bağlandılar. Erməni millətçiləri “Hnçak” cəmiyyətinin mərkəzini 1887-ci ildə Osmanlı imperiyasından kənara, Cenevrəyə, Daşnak komitəsini isə 1890-cı ildə Tiflisə köçürdü və hər iki cəmiyyət öz əsas məqsədini Şərqi Anadolunun və osmanlı ermənilərinin Osmanlı dövlətinin təsirindən azad olunması kimi bəyan etdi.

Erməni tədqiqatçısı Luis Nalbandyana görə “Hnçak” proqramında deyilirdi: “Təbliğat və terror xalqın “ruhunu yüksəltmək” üçün lazımdır. İnsanlar öz düşmənlərinə qarşı yönəlməli və onların cavab hərəkətlərindən “faydalan­ma­lıdırlar”. Terror insanların müdafiə üsulu və “Hnçak” proqramına inam qazanmaq üçün istifadə olunmalıdır. Osmanlı hökumətinə qarşı terrordan istifadə edərək, partiya bu vasitə ilə rejimin nüfuzunu aşağı salırdı və dövlətin dağılmasına çalışırdı. Hökumət özü terrorçuluq taktikasının tək mərkəzi olmamalı idi. “Hnçak” üzvləri hökumətə işləyən erməni və türklərin çoxunu məhv etmək istəyirdi. Bütün terror aktlarının yerinə yetirilməsi üçün xüsusi fövqəladə komitələr yaradılmalı idi. Bunu təxirə salınmaz məqsədlərə çatmaq və üsyanın baş verməsi üçün Türkiyənin müharibəyə başı qarışdığı zamanı əlverişli hesab edirdilər” 10.

K.S. Papazyan Daşnak cəmiyyəti haqqında yazırdı: “Daşnakın məqsədi Türk  Ermənistanının Türkiyədən üsyan vasitəsilə siyasi və iqtisadi azadlıq əldə etməsinə  yönəlməlidir, terror daşnakların siyasətdə istədiklərinə çatmaq üçün istifadə edilməlidir. 1892-ci ildə qəbul edilmiş proqramda oxuyuruq: “Erməni Üsyan Federasiyası (Daşnak) öz məqsədinə çatmaq üçün üsyan qrupları yaradır. 8-ci məcəllə dövlət işçilərinə qarşı terrorçuluğa, 11-ci məcəllə isə dövlət müəssisələrinin talan  və məhv edilməsinə həsr olunmuşdur” 11.

“Daşnak”ın əsasını qoyanlardan və ideoloqlarından biri, doktor Cin Loris-Melikoff yazırdı: “Həqiqət bundan ibarətdir ki, partiyanı (“Daşnak” komitəsi), partiyanın maraqlarını xalqın və millətin maraqlarından üstün tutan oliqarxiya idarə edir. Əvvəlcə onlar burjuaziya və iri tacirlər arasında idi. Nəhayətdə onlar bütün vasitələrdən istifadə edərək rus üsyançılarından “vasitə məqsədə bəraət qazandırır” şüarını əxz edərək sonda terrora keçdilər” 12.

Həmin siyasət “Daşnaksütyun tarixi”ndə (Paris, 1932) öz əksini tapmışdır.

Beləliklə, erməni yazıçıları özləri boyunlarına aldılar ki, onların  üsyan komitələrinin əsas məqsədi üsyanı yetişdirmək idi, mübarizə üsulu isə terror idi. Vaxtı itirməyərək onlar proqramı həyata keçirməyə başladılar. “Hnçak”ın köməyi ilə onlar planlarını Osmanlı imperiyasının mərkəzindən əvvəl onun əyalətlərində çözür və həyata keçirirdilər.

Birinci üsyan Ərzurumda1890-cı ildə baş verdi. Elə həmin ildə narahatlıq Kumkapıdan sonra İstanbulda, daha sonra isə Kayseri, Yozqat, Corum və Mənzifonda  1892-93-cü illərdə, Sasunda isə 1894-cü ildə oldu. 1895-ci ildə Sablim limanında Zeytun qiyamı və erməni yürüşü baş verdi, 1896-cı ildə isə Van üsyanı baş verdi və İstanbulda Osmanlı bankı tutuldu. İkinci Sasun üsyanı 1903-cü ildə, Sultan II Əbdülhəmidə qarşı sui-qəsd 1905-ci ildə, Adana üsyanı 1909-cu ildə baş verdi. Bütün bu üsyanlar erməni üsyan komitələri tərəfindən Avropa və Amerikada türklər tərəfindən ermənilərin təqib edilməsi kimi qələmə verildi və xristian xalqlarının həmrəylik  hisslərini xeyli oyatdı.

Bu təbliğatın qərb mətbuatında yayılmasında əsas rolu Anadoluya göndərilən missionerlər və  konsul nümayəndələri oynadı. Bu Qərb dövlətlərində ictimai fikri müsəlman,  türklər və Osmanlı imperiyasının əleyhinə  yönəltdi.  Üsyan, qırğın və kütləvi qətliam törədən erməni üsyan komitələrinin mövcud olduğunu təsdiqləyən  bir çox diplomat  və  yüksək rütbəli Qərb konsul nümayəndələri var idi.

1876-cı ildə İngiltərənin İstanbuldakı səfiri yazırdı ki, erməni patriarxı ona deyib: “Əgər üsyan  Avropanın diqqətini cəlb etmək üçün lazımdırsa, bunu etmək çətin deyil” 13.

1894-cü il martın 28-də İngiltərənin İstanbuldakı səfiri Karri  Xarici İşlər Nazirliyinə məlumat verirdi: “Üsyan komitələrinin məqsədi ümumi narazılığın yaradılmasına, xalqın və türk dövlətinin zorakılığa cavab verməsinə və xarici ölkələrin diqqətini ermənilərin “əzablarına” cəlb etməsinə və vəziyyəti düzəltmək üçün hərəkətə keçməsinə yönəlib” 14.

28 yanvar 1895-ci ildə Ərzurumdakı Britaniya konsulu Greyvs İstanbuldakı Britaniya səfirinə yazırdı: “İnqilabi komitələrin məqsədi böyük narazılıq yaradaraq türk hökumətini və xalqını zorakılığa vadar etmək və beləliklə də, xarici dövlətlərin diqqətini erməni xalqının dözülməz iztirablarına cəlb etmək və onları vəziyyəti düzəltməyə sövq etməkdir” 15. “Nyu-York Herald”ın müxbiri Sidney Vitmana demişdi: “Əgər erməni inqilabçısı bu ölkəyə gəlməsəydi və erməni üsyanına cəlb edilməsəydi, bu  qarşıdurmalar baş verərdimi? Əlbəttə ki yox. Şübhə edirəm ki, heç olmasa bir erməni öldürülmüş olardı” 16.

İngiltərənin vitse-konsulu Vilyams 4 mart 1896-cı ildə Vandan yazırdı:

“Daşnaklar və “Hnçak” üzvləri öz soydaşlarını terrora məruz qoyaraq, müsəlmanları oğurluq və ağılsız hərəkətlərlə hiddətləndirib və islahatları həyata keçirən bütün səyləri iflic ediblər. Anadoluda yer alan bütün cinayətlərin məsuliyyəti erməni inqilab komitələrinin üzərindədir” 17.

Mersindəki Britaniya vitse-konsulu Doti Vili 1909-cu ildə yazırdı: “Ermənilər xarici müdaxilə üçün işləyirlər” 18.

Rusiyanın Bitlis və Vandakı  konsulu general Mayevski 1912-ci ildə məlumat verirdi: “1895 və 1896-cı illərdə erməni inqilab komitələri ermənilərlə yerli əhali arasında elə bir inamsızlıq yaratdı ki, bu, həmin ərazilərdə hər hansı islahatı mümkünsüzləşdirdi. Erməni keşişləri dini təhsilə diqqət yetirmək əvəzinə monastırın divarlarına hopmuş millətçi ideyaları yayırdılar və dini vəzifələri yerinə yetirmək əvəzinə xristianları müsəlmanlara qarşı qaldırmaq üçün əllərindən gələni edirdilər. 1895 və 1896-cı illərdə Türkiyənin bir neçə vilayətində baş verən üsyanlar nə erməni kəndlərində olan kasıblığın, nə də müsəlmanların onlara qarşı hərəkətlərinin nəticəsi idi. Faktiki olaraq bu kəndlilər qonşu kəndlərə nisbətən xeyli varlı və firavan yaşayırdılar. Doğrusu, erməni üsyanı üç səbəbdən baş verdi:

1. Onların artan siyasi yetkinlikləri;

2. Erməni icmasında millətçilik, azadlıq, müstəqillik ideyalarının yayılması;

3. Bu ideyaların erməni keşişləri vasitəsilə qərb hökumətləri tərəfindən dəstəklənməsi” 19.

1912-ci ilin dekabr ayında başqa bir məruzədə Mayevski yazırdı:

“Daşnak üsyançı komitəsi çalışırdı ki, elə bir situasiya yaransın ki,  erməni və müsəlmanlar bir-birinə hücum etsin və bu yolla rusların müdaxiləsinə zəmin yaransın” 20.

Nəhayət, daşnak ideoloqu Varandiyan etiraf edir ki, komitə “Avropanın müdaxiləsinə əmin olmaq istəyirdi” 21, Papaziyan isə qeyd edirdi ki, “… onların üsyanlarının məqsədi Avropa qüvvələrinin Osmanlının daxili işlərinə qarışmaq üçün zəmin yaratmaq idi” 22. Onların hər bir silahlı üsyanında erməni terrorçu komitələri həmişə Avropanın müdaxiləsinin dərhal olacağını təbliğ edirdilər. Hətta bu komitələrin üzvləri belə bu təbliğata bel bağlayırdılar. Faktiki olaraq İstanbulda Osmanlı Bankı tutulan vaxt erməni terrorçu Armen Aknomi çarəsiz şəkildə Britaniya donanmasını gözlərkən özünə qəsd edir. Bununla da bilinir ki, erməni üsyanlarının təməli  nə kasıblıq, istismar, nə də islahat istəyi idi, bu, sadəcə, erməni inqilab komitələrinin və erməni kilsəsinin Qərb qüvvələri və Rusiya ilə birlikdə Osmanlı imperiyasını parçalamaq istəyi idi.

Buna cavab olaraq belə situasiyalarda başqa dövlətlər nə edirdilərsə Osmanlı da onu etdi və üsyançılara qarşı ordu göndərərək asayişi bərpa etdi, bununla da tezliklə sabitlik əldə olundu, çünki erməni əhalisinin çox az hissəsi üsyançılara və üsyançı əhaliyə kömək edib dəstəkləyirdi.

Avropa mediası və əhalisi missioner və inqilabçı cəmiy­yətlərin yaydığı yalan sayəsində qarışdı, hər Osmanlı əmr və sərəncamının yenilənməsi avtomatik olaraq xristianların “qətliamı” hesab olunurdu, belə ki minlərlə müsəlmanın qətlinə məhəl qoyulmur, amma xristianların müsəlmanlara qarşı iddiaları avtomatik olaraq qəbul edilirdi. Bir çox hallarda Avropa ölkələri nəinki Osmanlının yeniləşməsinin qarşısını almağa cəhd etdilər, hətta bir neçə terrorçunun Zeytun üsyanında, Osmanlı bankının tutulmasında, Sultan Əbdülhəmidin sui-qəsdində iştirak edənlər də daxil olmaqla azad olunmasını belə təmin etdilər. Bunların çoxu Avropadakı maliyyə dəstəkçiləri ilə birlikdə Osmanlıdan xaric edildilər, amma yenidən Osmanlı ərazilərinə qayıdıb öz terrorçu əməllərini davam etdirmək üçün saxta şəxsiyyət vəsiqələri və başqa sənədlər əldə etmələri uzun çəkmədi. Həm erməni üsyançı­larının, həm də xəyalpərəst Avropa qüvvələrinin iddialarında bir əsas fakt vardı ki, onlar bunu inkar edə bilməzdilər. Ermənilərin adına çıxılan ərazilərin az bir hissəsində erməni əhali yaşayırdı, məhz  “tarixi Ermənistan” (Ərzurum, Bitlis, Van, Elaziz, Diyarbəkir və Sivas) adlandırılan altı şərq ərazisi, “Erməni Kilikiyası” (Hələb və Adana) adlanan iki vilayət  və nəhayət, Trabzon-Qara dəniz sahilinə çıxış onların ərazisi kimi iddia edilirdi. Qərb qüvvələri arasında erməni iddialarını dəstəkləyən Fransa Sarı Kitabı belə onların bu ərazilərdə azlıq təşkil etdiyini göstərirdi:

 Cəmi əhaliQriqorian erməni əhalisiErmənilərin bütün əhaliyə nisbətdə faizi
Ərzurum645,702134,96720.90
Bitlis398,625131,39032.96
Van430,00080,79818.79
Elaziz578,81469,71812.04
Diyarbəkir471,46279,12916.78
Sivas1,086,015170,43315.68
Adana403,53997,45024.14
Hələb995,75837,9993.81
Trabzon1,047,70047,2004.50

Hətta inanılmaz faktdır ki, ermənilər kənd əhalisinin üçdə birindən çox deyildilər. 1910-cu ilin Britaniya ensiklopediyasına əsasən ermənilər əyalət əhalisinin 15% təşkil edirdi. Belə olduğu halda mümkün deyil ki, böyük xarici dəstəksiz onlar Osmanlı ərazisində müstəqillik əldə etməklə yanaşı, türk əhalini oradan çıxarmağı və əvəzinə erməni immiqrantları  yerləşdirməyi  tələb etsinlər.

Rusiya faktiki olaraq ermənilərdən öz məqsədləri üçün istifadə edirdi. Osmanlı ərazisində ermənilərə müstəqillik verilməsi real ola bilməzdi. Qısa müddətdə bütün Qafqazı tutan ruslar erməni və gürcü kilsələrinin idarəsini ələ keçirmək üçün erməniləri rusifikasiyaya məruz qoymaq siyasəti güdürdülər. 1836-cı ilin Polijenia qanununa əsasən Eçmiədzin katolikosunun gücü və vəzifələri məhdudlaşdırıldı və onun təyinatı çara verildi. 1882-ci ildə Rusiya imperiyasında erməni qəzetləri və məktəbləri bağlandı və 1903-cü ildə dövlət erməni kilsəsi ilə birlikdə məktəb və müəssisələrin bütün gəlirlərini öz idarəsi altına aldı. Eyni zamanda Rusiyanın xarici işlər naziri Labanov-Rostovski “er­mə­nilərsiz Ermənistan” sloqanını qəbul etdi, bu sloqan bəzi erməni təbliğatçıları və həmin illərin yazıçıları tərəfindən Osmanlı idarəçiliyini xarakterizə etmək üçün istifadə olunurdu. Rusların ermənilərə təzyiqi çox ağır idi. Erməni tarixçisi özünün “Erməni hərəkat tarixi” kitabında qeyd edir ki, “Osmanlıdakı ermənilər adət, din, mədəniyyət və dil baxımından çar itaətində olan Rusiyadakı ermənilərə nisbətən daha azad yaşayırdılar”. Edqar Qranvilin yazdığına görə, “Osmanlı imperiyası ermənilərin ruslardan qorunması üçün yeganə sığınacaq idi”.

Rusların məqsədi müstəqil Ermənistan yaratmaq deyil, Birinci Dünya müharibəsində olduğu kimi, Şərqi Anadolunu almaq üçün ermənilərdən istifadə etmək idi. Osmanlı İmperiyasını parçalamaq üçün Antanta ölkələri arasında gizli müqavilə imzalandı,  muxtar və ya müstəqil şəkildə Ermənistana veriləcək ərazilər Ermənistanın iştirakı olmadan ruslar və fransızlar arasında bölündü. Həmin vaxt çar, Eçmiədzin katolikosunun “rusların erməni problemi yoxdur” etirazına qarşı cavab tədbiri gördü. Erməni yazıçısı Boryan belə tamamlayır:

“Çar Rusiyası heç vaxt ermənilərin muxtariyyətini istəməyib. Bu səbəbdən bilinməlidir ki, Ermənistanın muxtariyyəti üçün çalışan ermənilər çarın agentləri olaraq, Şərqi Anadolunu Rusiyaya birləşdirmək istəyirdilər”.

Erməniləri illərlə aldadan ruslar nəticədə ermənilərə boş xəyallardan başqa heç nə verə bilmədilər.

5-ci sual:

“Genosid” termininin mənası nədir?

Bu terminin mənası “mükəmməl şəkildə təşkil olunmuş cinayət” deməkdir və tərifi İkinci Dünya müharibəsindən sonra beynəlxalq konvensiyada təsbit olunub. “Genosid cinayətinin qarşısının alınması və genosidə görə cəzalandırılma” haqqında konvensiya 1948-ci ilin dekabrında Birləşmiş Millətlər Təşki­latının Baş  Assambleyasında təsdiq olunub, 1951-ci il yanvar ayının 11-də qüvvəyə minib. Həmin konvensiya Türkiyə tərəfindən imzalanıb və ratifikasiya edilib.

Konvensiyada genosid cinayəti 3 elementdən ibarətdir. Bi­rin­cisi, burada milli, etnik, irqi və dini tərkib olmalıdır. Daha son­ra konvensiyanın siyahısında göstərilən müəyyən əməllər törə­dil­mə­lidir. “Qatillərin uşaqları zorla bir qrupdan digər qrupa köçürməsi, qrup üzvlərinə ciddi fiziki və mənəvi ziyan vurması konvensiya siyahısında gələn əməllər arasındadır. Amma ən vacibi həmin qrup insanı tam və ya qismən məhv etmə niyyətinin olmasıdır”.

Bu əsas xarakteristika genosid və homisidin (qətl) başqa formaları olan müharibə və ya üsyanlar  nəticəsində baş verən hadisələr arasındakı fərqi aydınlaşdırmağa kömək edir.  Məhz müəyyən  dini, etnik, milli qrupa  aid olduğu üçün insanlar açıq və ya gizli şəkildə fiziki olaraq məhv edildikdə homisid genosidə çevrilir. Bu səbəbdən Sartre Vyetnam müharibəsində Rassel tribunalında qeyd etdi ki, hətta gizli şəkildə bu niyyətin olmasını sübut etmək üçün faktları obyektiv araşdırmalıyıq 23.

6-cı sual:

Türklər 1915-ci ildə planlaşdırılmış və sistematik erməni qətliamı törədiblərmi?

Osmanlıların 1 noyabr 1914-cü ildə Birinci Dünya müha­ribə­sini Antanta dövlətlərinə qarşı – Almaniya və Avstriya-Macarıstan tərəfində başlaması erməni millətçiləri üçün əlverişli fürsət idi. Luis Nalbandyan qeyd edir: “Erməni inqilab komitələri hesab edirdilər ki, Osmanlı imperiyasının müharibə şəraitində olması ermənilərin üsyan etməsi üçün ən əlverişli andır” 24.  Bu hal qarşıdurma zamanı daxili hücumun nisbətən müm­kün­süz­lüyündən xəbər verirdi.

Hələ müharibə başlamazdan əvvəl 1914-cü ilin avqust ayında Ərzurumda  Osmanlı rəhbərləri ilə Daşnakların görüşündə Osmanlı hərbi qüvvələri ermənilərin bu müharibədə onlara dəstək olmalarına ümid edirdi. Daşnaklar müharibə başlayan andan etibarən Osmanlı ordusuna sadiq olaraq öz vəzifələrini yerinə yetirəcəklərinə söz verdilər. Lakin bu vəd baş tutmadı, çünki hələ bu razılaşmadan əvvəl məxfi daşnak konqresində 1914-cü ilin iyun ayında Ərzurumda Osmanlı dövlətinə qarşı ümumi hücumun həyata keçirilməsi barədə qərar verilmişdi 25. Müharibə elan olunandan  Rusiya erməniləri rus ordusuna qoşularaq osmanlılara qarşı hücuma hazırlaşdı. Eçmiədzin katolikosu rus canişini, Qafqaz general-qubernatoru Vorontsov-Daşkovu inandırmağa çalışırdı ki, “Rusiyanın osmanlıları məcbur edib ermənilərin xeyrinə bütün islahatlara imza atmasının müqabilində ermənilər Rusiyanın iştirak etdiyi bütün müharibələrdə qeyri-şərtsiz onlara dəstək olacaq” 26.

Sonradan çarın göstərişi ilə Tiflisə təyin olunmuş katolikos deyirdi: “Anadoluda ermənilərin azad olunması türk süzerenindən ayrılmış muxtar Ermənistan vilayətinin yaranmasına gətirəcək və belə bir Ermənistan yalnız Rusiyanın mühafizəsi altında  müm­kün ola bilər 27. Həqiqətdə isə ruslar Şərqi Anadolunu ələ keçirmək üçün məhz ermənilərdən istifadə etmək niyyətində idilər ki, katolikos bu məsələdən xəbərsiz idi.

Rusiya Osmanlı imperiyasına müharibə elan edən kimi daşnakların rəsmi orqanı bəyan etdi: “Ermənilər heç bir şübhə oyat­madan Antanta dövlətlərinin tərəfində olduqlarını gös­tə­rirdilər və eyni zamanda bütün qüvvələrini Rusiyanın nəzarəti altında cəmləşdirmişdilər və onlar həmçinin könüllü batalyonlar da yaradırlar” 28.

Erməni daşnak komitəsi Osmanlı imperiyasına qarşı üsyan qaldırmaq üçün əlavə hərbi qüvvələr topladı: “Rusiya sərhədləri keçən kimi və Osmanlı ordusu geriyə çəkiləndə siz hər yerdə üsyan qaldırmalısınız. Beləliklə, Osmanlı ordusu iki od arasında qalacaq. Əgər Osmanlı ordusu Rusiyaya qarşı çıxarsa, erməni əsgərləri ordunu tərk edəcək və Rusiya ilə birləşib quldur dəstələri yaradacaqlar” 29.

“Hnçak” komitəsinin Osmanlı ərazisindəki təşkilatlarına təlimatı belə idi: “Antantanın, xüsusilə də Rusiyanın müttəfiqi kimi Ermənistan, Qafqaz, Kili­kiya və Azərbaycan üzərində qələbə qazanmağa inandırmaq üçün “Hnçak” komitəsi Antanta dövlətlərinə kömək etməkdə bütün vasitələrdən istifadə etməlidir” 30.

Hətta Osmanlı parlamentində Van millət vəkili erməni Papazyan tezliklə Osmanlılara qarşı qüvvələrin lideri kimi özünü göstərərək bəyan edirdi: “Qafqazdakı könüllülər alayı Rusiya ordusu ilə müttəfiq olaraq ermənilərin yaşadığı ərazilərdə əsas mövqeləri ələ keçirmək və erməni ittifaqına birləşərək Anadolunu işğal etmək üçün özünü müharibəyə hazırlamalıdır” 31.

Rusiya qoşunları Osmanlı ərazisindəki Şərqi Anadoluya doğru irəliləməyi başlayan kimi onlara Osmanlı və Rusiya könüllüləri, həm də   Osmanlı ordusunu tərk etmiş və Rusiya ilə birləşmiş ermənilər də qoşuldular. Bir çoxları Osmanlı anbarlarına hücum etmək məqsədilə illər boyu erməni kilsələri və məktəblərində gizli saxlanılan silah-sursatla təchiz olunan quldur dəstələri də yaratdılar.

Müharibə başlamazdan əvvəl bir neçə ay ərzində erməni partizan dəstələri ruslarla sıx əlaqəyə girərək şərqdə yerləşən türk şəhər, qəsəbə və kəndlərinə vəhşicəsinə hücum edir, bu ərazilərin insanlarını amansızcasına qətlə yetirir, eyni zamanda Rusiya qoşunlarının irəliləməsini asanlaşdırmaq məqsədilə yolları və körpüləri dağıdaraq, karvanlara hücum edərək və digər mümkün vasitələrlə Osmanlı qoşunlarına qarşı təxribat törətməklə məşğul idi. Rus ordusunu müşayiət edən könüllü erməni dəstələrinin törətdiyi vəhşiliklər elə həddə çatmışdı ki, artıq rus komandirləri özləri onları ön cəbhədən geri çağırmış və arxa cəbhədə müdafiə-gözətçi vəzifələri tapşırmışdılar. O zamanlar şərqdə xidmət etmiş bir çox rus zabitinin xatirələrində erməni partizanları tərəfindən zamanın ən primitiv müharibə standartları ilə müqayisədə daha amansızlıqla törədilən vəhşiliklər barədə qeydlər öz əksini tapmışdır 32.

Ermənilərin törətdikləri bu vəhşiliklərdən yalnız türklər deyil, eləcə də digər müsəlmanlar ziyan çəkmişdi. Erməni parti­za­nları yunanların və yəhudilərin onların qiyamçı proqramlarını tam şəkildə dəstəkləməməsinə görə məyusluqlarını gizlət­mə­mişlər. Nəticədə onlar Trabzon və ətraflarında minlərlə yunanı qətliama məruz qoymuş, Hakkaridə isə yəhudilər erməni parti­zan­ları tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdi 33. Bu vəh­şilik­lərin əsas məqsədi yeni Ermənistan dövləti yaratmaq üçün sözügedən ərazilərdə yalnız ermənilərin qalması idi.  Bu sə­bəbdən sülhün bərqərar olmasına hazırlıq məqsədilə ermənilərin həmin ərazilərdə məskunlaşmış əhali arasında çoxluq təşkil etməsini təmin etmək üçün digər millətlərdən olan insanlar qətlə yetirilir və ya canlarını qurtarmaq üçün qaçmağa məcbur edilirdi.

Rus işğalçılarının müşayiəti altında Osmanlı sərhədlərini aşan ilk erməni bölmələrinə inqilabçı Armen Garo adı ilə məşhur olan keçmiş Osmanlı parlamentinin Ərzurum vilayəti üzrə üzvü Qaregin Pastırmacyan rəhbərlik etmişdi. Digər keçmiş Osmanlı parlament üzvü Hamparsum Boyaciyan arxa cəbhədə “Murad” adı altında türk kəndlərini viran qoyan erməni partizan dəstələrinə rəhbərlik etmiş, bu zaman “türk uşaqlarının erməni xalqı üçün böyük təhlükə doğurduğunu iddia edərək onların öldürülməsini” xüsusi olaraq əmr etmişdi. Başqa bir keçmiş Osmanlı parlament üzvü Papazyanın rəhbərliyi altında Erməni partizan dəstələri Van, Bitlis və Muş ərazilərini yerlə yeksan etmişdi.

1915-ci ilin mart ayında rus qoşunları Vana doğru irəliləyirdi. Həmin ilin aprel ayının 11-də Van erməniləri Rusiyanın əyaləti tez və asan işğal etməsinə şərait yaratmaq üçün gözlənilmədən qiyam qaldıraraq bütün türkləri qətlə yetirdi. Çar II Nikolay aprel ayının 21-də Vanın erməni inqilab komitəsinə təşəkkür teleqramı göndərərək “Rusiya qarşısında xidmətlərinə görə” minnətdarlığını bildirdi. Amerika Birləşmiş Ştatlarında dərc olunan erməni qəzeti “Qoçnak” 1915-ci  ilin may ayının 24-də Vanda cəmi 1500 türkün sağ qaldığını, qalanlarının qətlə yetirildiyini böyük fəxrlə qeyd edirdi.

1915-ci ilin fevralında Tiflisdə təşkil olunmuş erməni milli konqresində daşnak nümayəndəsi bildirirdi ki, “Rusiya hələ müharibə başlamazdan əvvəl osmanlı ermənilərini silahlandırmağa və qiyam qaldırmağa hazırlamaq üçün 242 min rubl ilə təmin etmişdi” və bunu da belə izah edirdilər ki, “rus-erməni ittifaqı osmanlıların müharibə cəhdini pozmağa uzun müddətdən bəri mütəffiqlərlə birgə hazırlaşmışdırlar” 34.  Bu vəziyyətdə ruslarla birgə şərqdən irəliləyərək, erməni partizanları osmanlı ordusuna arxadan hücum edərək zərbə endirir, imperiyaya qarşı bütün cəbhə boyu – Qalisiyadan İraqa, Qallipo­lidən Misir və Suriyayacan vuruşurdu. Belədə Osmanlıların erməniləri müharibə zonasından uzaqlaşdırması tamamilə qanuni özünümüdafiə xarakteri daşıyan qərar idi. 

Hətta Vandakı qiyam və qırğınlardan sonra Osmanlı hökuməti özünü ermənilərdən müdafiə etmək üçün patriarxı, parlamentin bir-neçə erməni üzvünü və digər nümayəndələri görüşə çağırdı və xəbərdarlıq etdi ki, əgər ermənilər müsəlmanları qırmağı dayandırmasalar və hərbi əməliyyatları pozmaqdan əl çəkməsələr, onlara qarşı ciddi tədbirlər görüləcəkdir. Bütün bunlar nəticəsiz qaldığından hökumət fəaliyyətə başladı. 1915-ci il aprelin 24-də erməni inqilab komitələri bağlandı və onların 235 rəhbər üzvü dövlətə qarşı fəaliyyətdə təqsirləndirilərək həbs olundu. Bu həbslərin tarixi erməni millətçiləri tərəfindən həmin vaxtda guya baş verən “soyqırımı” günü kimi anılaraq bütün dünyada hər il qeyd olunur. Halbuki nə o zaman, nə də müharibənin sonrakı illərində soyqırımı baş verməmişdir. İmperiyanın o vaxt üzləşdiyi böyük təhlükələr üzündən ermə­ni­ləri qorumaq və əmin-amanlığı təmin etmək üçün onları imperiya daxilində Suriya, Fələstin və İraqa köçürmək qərara alındı. Beləliklə, Osmanlı Nazirlər Şurası qərar verdi: “Ön cəbhədə yerləşən şəhər və kəndlərin erməni əhalisinin köçürülməsi rahatlıq və mühafizə ilə təmin olunmalı; qaçqınlar gəlmədən öncə onlar üçün qalmağa yer və qida ehtiyatları hazırlanmalı; xüsusi mülkiyyət və torpaq əvvəlki maliyyə vəziyyəti və cari ehtiyacları nəzərə alınaraq paylaşdırılmalı; əlavə yardıma ehtiyacları olanlara hökumət tərəfindən ev tikilməli, əkinçi və müxtəlif peşə sahiblərini taxıl və avadanlıqlarla təmin etməli” 35.

Növbəti dəqiqləşdirmə üçün:

“Yuxarıda deyilənlər nəzərə alınaraq erməni inqilab komitələri ilə mübarizədə daha diqqətli olmaq, müsəlman və erməni qırğınına yol verməyən üsullarla həll olunmalıdır”.

“Köçürülən erməniləri müşayiət etmək üçün xüsusi şəxslər üçün hazırlıq görülməli, onların ərzaq və digər zəruri şeylərlə təchiz olunması təmin edilməli və bununla bağlı bütün xərclər mühacirlər üçün ayrılmış büdcədən qarşılanmalıdır” 36.

“Səfər zamanı ünvana çatanadək mühacirlər ehtiyac duyduqları ərzaqla, yerləşmələri üçün kasıb mühacirlər kreditlə təmin olunmalıdır. Köçürülən şəxslər üçün nəzərdə tutulmuş düşərgələr daimi nəzarətdə saxlanılmalı, rifahı üçün zəruri tədbirlər görülməli və təhlükəsizliyi təmin olunmalıdır. Yoxsul mühacirlərə kifayət qədər ərzaq verilməsini və onların səhhətinin gündəlik həkim nəzarətində saxlanılmasını təmin edin… Xəstələr, kasıblar, qadınlar və uşaqlar dəmir yolu ilə, digərləri isə dözümündən asılı olaraq qatırların belində, arabalarda və ya piyada göndərilməlidir. Hər konvoyu bir mühafizəçi dəstəsi müşayiət etməli, onlar ərzaqla təmin edilməli və təyinat yerinə çatanadək mühafizə olunmalıdırlar. İstər düşərgələrdə, istərsə də səfər zamanı mühacirlərə hücum edilərsə, hücumların dəf edilməsi üçün bütün səylər göstərilməlidir” 37.

1917-ci ilədək bu yolla aparılan 700 min ermənidən bəziləri irimiqyaslı hərbi əməliyyatlar və keçdikləri ərazilərdə baş verən quldurluq, habelə, ümumi təhlükəsizliyin təmin olunmaması və karvanlara hücum edən qəbilələrlə qanlı qarşıdurma nəticəsində həyatlarını itirdi. Bundan əlavə, ermənilər köçürülən zaman imperiyada böyük yanacaq, qida, dərman və digər vəsaitlərin qıtlığı yaşanır, taun xəstəliyi tüğyan edir və aclıq hökm sürürdü. Unutmaq olmaz ki, eyni zamanda şərqdə Osmanlı ordusu aclıq üzündən 90 min nəfər itki verdi, yaxud da müharibə nəticəsində imperiyanın bütün regionlarında üç və ya dörd milyon Osmanlı əhalisi köçürülənlərin üzləşdiyi vəziyyətlə üzləşərək həyatını itirdi. Erməni millətçilərinin heysiyyətsızliyi və faciəsi ermənilərin üzləşdiyi bəlaların səbəblərini imperiyanın bütün ərazilərində yaşayan sultan təbəələrinin üzləşdiyi çox mürəkkəb mühitdən kənarda axtarmasında görünür. “İyirminci əsrin ilk soyqırımı” kimi qurama şüarlarla tarixi həqiqətləri təhrif edən saxta iddiaların kölgəsində gizlənən yeganə reallıq bundan ibarətdir”.

Birinci Dünya müharibəsindən sonra 1919-1922-ci illərdə Osmanlı məmurlarına qarşı aparılan hüquqi proseslərin tərkib hissəsi kimi erməni iddiaları araşdırılmağa başlandı. Məğlub edilmiş Osmanlı İmperiyasına qarşı irəli sürülən Sevr sülh müqaviləsinə əsasən, Osmanlı hökumətindən “qətliam törət­mək­də” təqsirləndirilənləri müttəfiq qüvvələrə təhvil vermək tələb olunurdu. Nəticədə 144 yüksək rütbəli Osmanlı məmuru Britaniya tərəfindən həbs olunaraq mühakimə üçün Malta adasına aparıldı. Həbslərə yol açan məlumatlar əsasən yerli ermənilər və erməni patriarxı tərəfindən verilmişdi. Sürgün olunanlar Maltaya çatdıqdan sonra İstanbulda yerləşən Britaniya işğalçı qüvvələri Osmanlı paytaxtında mütləq hakimiyyəti ələ aldı və sürgün olunan Osmanlı məmurlarını ittiham etmək məqsədilə ən kiçik dəlillər tapmaq üçün təhqiqat apardı.

Britaniyalılar tərəfindən təyin olunmuş erməni tədqiqatçı Hayk Kazaryan Osmanlı və Britaniya arxivlərində olan bütün sənədli sübutları böyük diqqətlə araşdırmağa başladı. Lakin Kazaryan Osmanlı hökumətinin və Maltaya sürgün olunan Osmanlı məmurlarının erməni qətliamını həyata keçirdiyini və ya buna şərait yaratdığını göstərən heç bir dəlil tapa bilmədi.

 Bundan sonra Britaniya Xarici İşlər Nazirliyində düşün­dülər ki, Amerika hökumətində “qətliam” zamanı tərtib olunan çoxlu sayda sənədli sübut mövcuddur. Həqiqətən iddia edilən qətliam 1915-17-ci illərdə baş vermişdisə, amerikalılarda bu barədə külli miqdarda məlumat olmalı idi. Belə ki, həmin vaxt amerikalı diplomatlar və konsulluq nümayəndələri Türkiyədə sərbəst şəkildə fəaliyyət göstərirdi. Habelə Osmanlı hökuməti köçürülmə zamanı beynəlxalq missioner təşkilatı olan Amerika Yaxın Şərqə Yardım Cəmiyyətinin Anadoluda öz yardım funksiyalarını həyata keçirməsinə icazə vermişdi. Buna görə də onlar bütün cinayətlərin şahidi olmalı və Osmanlı rəsmiləri əleyhinə kifayət qədər dəlil-sübut toplamalı idi.

Beləliklə, əlacsız qalan Britaniya Xarici İşlər Nazirliyi Vaşinqtonda yerləşən Amerika arxivinə müraciət etməli oldu. 1921-ci il mart ayının 31-də Lord Kurzon Britaniyanın Vaşinqtondakı səfiri cənab A.Qeddesə teleqraf göndərərək bildirdi: “Əlahəzrət Malta hökumətinin əlində olan bir neçə türk erməni qətliamında iştirak etməkdə ittiham edilərək həbs olunub. Onların günahının sübuta yetirilməsində böyük çətinliklər qarşıya çıxır…Xahiş edirəm Birləşmiş Ştatlarda istintaq üçün zəruri olan dəlil-sübutların mövcud olub-olmadığını müəyyən edəsiniz”.

1921-ci il iyulun 13-də Britaniyanın Vaşinqtondakı səfirliyi bu cavabı verdi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, səfirlik əməkdaşlarından biri …Dövlət Departamentinə… getmişdir. Əməkdaşımıza Birləşmiş Ştatların Konsullarının baş vermiş vəhşiliklərlə bağlı təqdim etdikləri hesabatlara baxmaq icazəsi verilib… Təəssüf hissi ilə bildirirəm ki, hesabatlarda türklərin əleyhinə istifadə ediləcək heç bir dəlil yoxdur…”

İstintaqın yekununda ermənilərin iddialarını əsaslandıracaq heç bir dəlil-sübut tapılmadı. Maltada iki il dörd ay həbsdə saxlanıldıqdan sonra bütün Osmanlı sürgünləri mühakimə olunmadan azad edildi. Sürgün edilənlərə heç vaxt təzminat ödənilmədi.

­

7-ci sual:

Tələt Paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi?

Kütləvi qırğınların Osmanlı dövlətinin bir siyasəti olduğunu iddia edən erməni təbliğatı belə bir qərarın həqiqətən də qəbul edilməsi faktının sübutunu tələb edir. Bu məqsədlə ermənilər guya 1918-ci ildə General Allenbinin koman­danlığı ilə Britaniya silahlı qüvvələrinin Hələb şəhərini tutduqları zaman tapılan və Tələt Paşaya aid edilən teleqramların sayını azaldırlar. Bəyan edilmişdir ki, onlar Naim bəy adlı bir Osmanlı rəsmisinin ofisində tapılmışdır və yalnız ona görə məhv edilməmişdi ki, Britaniya işğalı gözlənilmədən baş verdi. Bu teleq­ramların nümunələri Aram Andonyan 38 adlı bir erməni müəllif tərəfindən 1920-ci ildə Parisdə nəşr olunmuş, eləcə də Tələt paşanı öldürən erməni terrorçusu Tehliryan Berlin məhkəməsinə təqdim edilmişdi. Bununla belə, məhkəmə bu sənədləri nə “sübut” kimi qəbul etmiş, nə də onların həqiqiliyini təsdiq edən hər hansı bir qərar vermişdi.

Lakin sənədlər tamamilə saxtalaşdırılıb və buna görə də onlardan irəli gələn iddialar qəbul edilə bilməz. Faktiki olaraq onlar 1922-ci ildə 39 Londonun “Daily Telegraf” qəzeti tərəfindən nəşr edilib və burada da Allenbi ordusunun bir kəşfi kimi qeydə alınıb. Lakin Böyük Britaniyanın Xarici İşlər Nazirliyi onlar haqqında Hərbi Nazirliyə və Allenbinin özünə sorğu verdiyi zaman məlum olmuşdu ki, onlar Britaniya ordusu tərəfindən aşkar edilməmiş, Parisdə erməni qrupu tərəfindən hazır­lan­mışdı. Bundan başqa, Andonyanın təqdim etdiyi topludakı fotoşəkillərin eksper­tizası açıq-aydın surətdə göstərdi ki, istər forma, istər qrafika, istərsə də frazeologiya baxımından onlar normal Osmanlı inzibati sənədlərinə oxşamır və çox kobud şəkildə hazırlanmış falsifikasiyadır.

İstanbulun Antanta tərəfindən işğalından sonra ingilis və fransızlar Osmanlı dövlətinin bir sıra siyasi və hərbi xadimlərini və bəzi ziyalılarını müharibə cinayət­ləri ittihamı ilə həbs etdilər. Bununla onlar Sultan tərəfindən müharibədən sonra hakimiyyətdə yerləşdirilən və uzun müddət ərzində siyasi düşməni olan İttifaq və Tərəqqi Partiyasını, onun liderlərini tamamilə məhv etmək üçün əlindən gələn hər şeyi edən Osmanlı Liberal Birlik Par­ti­yasına əhəmiyyətli yardım göstər­dilər. Məhbusların əksəriyyəti Maltada həbs cəzasını çəkməyə göndərildi, lakin işğaldan əvvəl qaçıb ölkəni tərk edən İttifaq və Tərəqqi Partiyasının dörd lideri İstanbulda qiyabi olaraq edama məhkum edildi. Üç digər dövlət rəsmisi edama məhkum edildi və cəza icra olundu, lakin məhkəmə qərarının əsaslandığı sübutların saxta olduğu faktı sonradan aşkarlandı.

Bu zaman Britaniya Maltaya göndərilənlərə qarşı dəlillər tapmaq üçün hər cür axtarışa əl atırdı. Osmanlı Liberal Birlik hökuməti ilə tam əməkdaşlığına baxma­yaraq, Osmanlı höku­mə­tinə qarşı heç bir ittihamedici sənəd tapılmadı. Britaniya arxivlərində oxşar axtarışlar da nəticəsiz qaldı. Nəhayət, əlac­sız­lıqdan, Britaniya Xarici İşlər İdarəsi Vaşinqtonda Amerika arxivinə müraciət etdi, lakin onların nümayəndələrindən R.C. Kreyqi Lord Kerzona belə cavab yazdı:

“Mən Siz Lord Həzrətlərinə təəssüflə xəbər verirəm ki, hal-hazırda Maltada nəzarət altında saxlanılan türklərə qarşı dəlil kimi istifadə edilə bilən heç bir şey burada yoxdur… Cinayətə dəlil ola biləcək qənaətbəxş heç bir konkret fakt yoxdur… Sözügedən hesabatlar, hər halda, bu türklərə qarşı dəlilləri ehtiva etmir­lər, hətta əlavə müşayiətedici kimi faydalı ola bilən məlumatlar artıq əla-həzrətlərinin hökumətinin əlindədir” 40.

Artıq iki il ərzində məhkəmə araşdırması olmadan, hətta, hər hansı bir dəlil və ya sübutu olan ittiham təqdim edilmədən saxlanılmış məhbusların gələcək tale­lərinin qeyri-müəyyənliyi nəticəsində Xarici İşlər İdarəsi Londonda məhkəmə-hüquq palatasına məsləhət üçün müraciət edir və o, 29 iyul 1921-ci ildə belə qərar çıxarır:

“Bu günə qədər məhbuslara qarşı sürülən ittihamların həqiqiliyini təsdiq edə bilən heç bir ifadə şahidlərdən alın­ma­mışdır. Hər hansı bir şahidin həqiqətən tapıla biləcəyi qeyri-müəyyəndir” 41.

Həmin zaman Andonyanın istehsal etdiyi “sənədləri” asan əldə etmək mümkün idi, lakin məhkəmədə dəlil kimi təqdim edilə bilən sənədlərin ciddi axtarışlarına baxmayaraq, Britaniya onlardan heç vaxt istifadə etməmişdir, çünki saxta olduğu aydın məsələ idi. Nəticədə məhbuslar heç bir əsaslandırılmış ittiham təqdim edilmədən, 1921-ci ildə sakitcə azadlığa buraxıldılar.

Andonyanın “sənədləri”nin hamısının aşkar saxtakarlıq nümunəsi olduğunu sübut edən silsilə dəlillərin əsas elementlərini bir daha qeyd etmək faydalı olar:

1. Saxtalaşdırılmış “orijinal Osmanlı sənədləri”nin həqiqi olduğunu göstər­mək üçün Andonyan baxılan “sənədlər”in, onun dediyinə görə, bir neçəsinin üzərində olan Hələb valisi Mustafa Əbdülxaliq bəyin imzasına istinad edirdi. Rəsmi sənədlərin üzərində Mustafa Əbdülxaliq bəyin qorunub saxlanılmış bir neçə həqiqi imzasının nümunələrinin araşdırılması müəyyən etmişdir ki, Andonyanın “sənədlər”ində iddia edilən imzalar saxtalaşdırılmışdır.

2. Saxta sənədlərdən birində Andonyan Mustafa Əbdülxaliq bəyə aid edilən qeyd və imzanın tarixinə istinad edir. Yenə də Hələb valisi və İstanbulda Daxili İşlər Nazirliyi arasında baş verən həqiqi yazışmanın sənədlərini müqayisə edərkən sübut edilmişdir ki, sözügedən tarixdə Hələb valisi Mustafa Əbdülxaliq bəy deyil, Bəkir Sami bəy olmuşdur.

3. Andonyanın saxtalaşdırmaları müntəzəm surətdə ona dəlalət edir ki, o, müsəlman və xristian təqvimləri arasında fərq haqqında ya tamamilə xəbərsizdir, ya da, etinasızlıqdan bu fərqi nəzərə almayıb. Elə tək onun bu səhlənkarlığı nəticəsində buraxılmış çoxsaylı səhvlər düzəltdiyi “sənədlər”in saxta olduğunu sübut etmək üçün artıq kifayətdir. Digər məsələlərlə yanaşı, Andonyanın bu baxımdan etdiyi səhvlər sırasında onun uydurulmuş “sənədlər”i üçün istinad nömrələri və tarixlər sisteminin məhv edilməsini də qeyd etmək olar.

4. Nazirlikdən göndərilən şifrələnmiş hər bir məlumatın tarixi və qeydiyyat nömrəsi xaricə göndərilən sənədlərin daxili reyestrlərində təfərrüatlı müqayisə edilmiş və sübut olunmuşdur ki, Andonyanın “şifrələnmiş teleqramlar” adlandır­dığı saxta sənədlərin üzərində yerləşdirilən tarix və rəqəmlərin nazirliyin Hələbə sözü gedən dövrdə göndərdiyi real şifrələrlə  üst-üstə düşmür.

5. Eləcə də Adonyanın “şifrələnmiş teleqramlar”ının türkcə “əsl”lərinin osmanlıların şifrələnmiş məlumatlarının həqiqi nümunələri ilə müqayisəsi göstərdi ki, onun istifadə etdiyi rəqəmlər sisteminin həmin dövrdə osmanlılar tərəfindən istifadə edilən real şifrələrlə heç bir əlaqəsi yoxdur. Beləliklə, o,  saxta­laşdırdığı teleqramları etibarlı göstərmək üçün bir sıra istifadə edilməyən, mövcud olmayan şifrələr yaratmışdı. Üstəlik, onun bu növ saxtalaşdırmalarının üzərində olan tarixdən saymağa baş­lasaq, osmanlılar bu şifrələrdən gərək 6 ay müddətində istifadə edərdilər, bu isə qeyri-mümkün idi. İstifadə olunan şifrələrin dəyişdirilməsinə dair rəsmiləri təlimatlandıran bir sıra sənədlərin nəşr edilməsi onu göstərir ki, müharibə illərində osmanlılar istifadə etdikləri öz şifrələnmiş kodlarını orta hesabla iki aydan bir dəyişdirirdilər.

6. Andonyanın iki saxta məktubu üstündə yazılan və ümumi islam qaydalarına görə bütün Osmanlı sənədlərinin üzərində yazılmağa tövsiyə edilən Bəsmələ ibarəsinin yazı tərzini Osmanlı dövrünün sənədlərinin bir çox əsilləri ilə müqayisə edərkən belə qənaətə gəlmək olar ki, Andonyan tərəfindən bu terminin bacarıq­sız saxtalaşdırılması ondan irəli gəlirdi ki, qeyri-müsəlmanlar, hətta Osmanlı Türkiyəsini yaxşı tanıyanlar da bu qaydaya riayət etmirdilər.  

7. Adonyanın saxtalaşdırmalarından gətirilən bir sıra nümunələr onu nümayiş etdirir ki, hər hansı bir Osmanlı rəsmisinin cümlələrdə bu qədər qrammatik və sintaktik səhvlərə yol verməsi qeyri mümkündür. Eyni qaydada bir sıra ifadələr, görkəmli Osmanlı məmurlarının guya işlətdiyi ifadələrin bir çoxu heç zaman Osmanlı türkləri tərəfindən istifadə olunmurdu. Andonyanın məqsədi bu hallarda aydın idi: o, sadəcə istəyirdi ki, belə görsənsin, sanki türklər, əslində, onun tərəfindən saxtalaş­dırılıb hazırlanmış cinayətləri özləri boyunlarına alırlar. 

8. Saxta sənədlər ikisi istisna olmaqla sözügedən dövrdə Osmanlı dəftərxana-bürokratik sistemində istifadə edilən rəsmi kağızlara xas xüsusi əlamətlərsiz olan sadə kağızlar üzərində yazılmışdır.  Saxta sənədlərdən birinin osmanlıların heç zaman şəxsi yazışmalarda işlətmədikləri cüt xətli kağız üzərində yazılması Andonyan tərəfindən buraxılmış daha ciddi səhvlərdəndir. Hətta ilk baxışdan Osmanlı dəftərxanasının rəsmi kağızı üzərində yazılmış kimi görünən iki “sənəd” gerçəkdə Osmanlıda hər kəsin hər hansı istədiyi poçt məntəqəsindən teleqram göndərə biləcəyi adi teleqraf blankı üzərində yazılıb.

9. Britaniyalıların məhkəmədə istintaq üçün “Erməni hadisələrinə görə cavabdehlər” kimi əllərində saxladıqları bir qrup Osmanlı rəsmisinə qarşı hər hansı bir “sübut” tapmaq məqsədilə dünya arxivlərində gərgin axtarışda olduqları zaman ingilis nəşrində asan əldə edilə biləcək Andonyanın “sənədlər”indən istifadə etməkdən çəkindikləri Britaniya hökumətinin bu saxta sənədlərin həqiqi mahiyyətindən tam xəbərdar olduğunu göstərir.

10. Əgər Andonyanın saxtalaşdırıb uydurduğu sənədlər doğrudan mövcud olsaydı, onların məxfi-konfidensial mahiyyəti təhlükəsizlik baxımından ictimaiyyət üçün açıq olan teleqraf sistemi ilə deyil, kuryer vasitəsilə çatdırılmasını şərtləndirərdi. Bundan başqa, əgər belə sənədlər həqiqətən də yazılsaydı, təsəvvür etmək mümkün deyil ki, onlar oxunan kimi o saat məhv edilmək əvəzinə üç il ərzində sənəd kimi çətin ki, saxlanaydı.

11. Andonyanın kitabının fransız və ingilis nəşrləri arasında da bir çox fərqlər var. Həqiqətən, bu fərqlərin elə cəhətləri var ki, onları çap xətaları və ya tərcümə səhvləri kimi qiymətləndirmək tamamilə mümkün deyil.

12. Nəhayət, nəzərdən bu faktı da qaçırmamalıyıq ki, hətta erməni dairələri ilə sıx bağlı olan və ermənilərin maraqlarının ifadəçiləri kimi çıxış edən bəzi müəlliflər Andonyanın “sənədlər”inin doğruluğuna şübhələrini bildirmişdilər.

Bir sözlə, “Tələt paşanın teleqramları” adlandırılan sənədlər başdan ayağa Andonyan və onun əlbirləri tərəfindən düşünülmüş və kobud surətdə həyata keçirilmiş saxtakarlıqdan başqa bir şey deyil.

Bundan əlavə, Osmanlı arxivlərində Tələt paşanın deportasiya zamanı baş verən hücumlara görə cavabdehləri tapıb cəzalandırmağı əmr edən, eyni tarixdə verilmiş və həqiqiliyi şübhəsiz təsdiq edilən bir sıra əmrləri qorunub saxlanılır. Çətin ehtimal edilə bilər ki, o, bir tərəfdən qırğınlar törətməyi əmr edir, digər tərəfdən isə, bu cür cinayətlərlə bağlı araşdırmalar və cəzalar haqqında sərəncam verirdi.

18 Fevral 1331-ci il (2 mart 1916-cı il) tarixli Aram Andonyanın saxtalaşdırılmış məktubu

Məktub müsəlman tərəfindən heç zaman yazıla bilməz “bismillah” ilə açılır. Lakin saxtakar Andonyan ən kobud ciddi səhvini məhz məktubun tarixində edib. Görünür Osmanlı Rumi ilinin çevrimlərinə görə nəzərə alınmalı Rumi və Qriqorian təqvimləri arasında on üç günlük fərq haqqında onun kifayət qədər xəbəri yox idi. O, tarixi hərflərlə verərək bir ili tam olaraq səhv göstərmişdi.

1330 (1915) əvəzinə o, 1331 (1916) yazmışdı. Məktubun məzmunu 1915-ci ilin köçürülmə əməliyyatının çox-çox əvvəl planlaşdırıldığının sübutunu nəzərdə tutur 42.

“Yaxın Şərqə Yardım cəmiyyəti” adlı Amerika yardımçı təşkilatına deportasiya zamanı Anadoluda qalmaq və öz funksiyalarını yerinə yetirmək üçün Osmanlı hökuməti tərəfindən icazə verilmişdi. Hətta, ABŞ-ın Osmanlı imperiyasına qarşı Antanta tərəfində müharibəyə qatılmasından sonra da həmin təşkilatın Anadoluda qalmasına icazə verilirdi. Bu İstanbulda Amerikanın səfiri Elkusun hesabatlarında qeyd olunur. Bu halda əgər “ermənilərin qətli” haqqında sərəncam verilmişdisə, Osmanlı hökuməti “qırğınlar”ın şahidi olmaq üçün Amerika təşkilatına icazə vermiş olardımı? Başqa sözlə, Osmanlılar Amerikaya belə deməli idi: “Biz erməniləri qırırıq. Nəyə görə siz bunun şahidi olmayasınız?!”. Odur ki, belə əsassız iddia heç vaxt tarixi faktların məntiqi izahı ola bilməz.

Nəhayət, ən vacibi odur ki, müharibə sona çatan zaman erməni əhali Qərbi Anadolu, Trakiya və İstanbulda hələ də əhəmiyyətli sayda mövcud idi. Əgər Osmanlı hökuməti qırğınları sifariş etsəydi, aydın məsələdir ki, həmin əhali də həlak olardı. Ona qalsa, əgər Osmanlı hökuməti imperiyanın bütün ermənilərini məhv etmək istəsəydi, xarici müşahidəçilərin gözlərinin qarşısında şərq zonalarında yaşayanların genişmiqyaslı deportasiyasının keçirilməsi əvəzinə onları yaşadığı yerlərdə qətlə yetirib məhv edərək məqsədinə daha asan yolla çata bilərdi.

Beləliklə, Osmanlı hökumətinin imperiyada ermənilərin kütləvi qırğınını sifariş etməsi və bunun həyata keçirilməsi haqqında iddialar dəlillərlə sübut edilmir və faktlar bu iddiaları təkzib edir.


7 URAS, Esat, op. cit., s. 212-215.

8 URAS, Esat, s. 250-251.

9 SCHEMSI, Kara, s. 20-21.

10 NALBANDIAN, Louise, Armenian Revolutionary Movement, University of California Press, 1963, s. 110-111.

11 PAPAZIAN, K.S., Patriotism Perverted, Boston, Baker Press, 1934, s. 14-15.

12 LORIS-MELIKOFF, Dr. Jean, la Revolution Russe et les Nouvelles Republiques Transcaucasiennes, Paris, 1920, s. 81.

13 URAS, Esat, op. cit., s. 188.

14 British Blue Book, Nr. 6 (1894), s. S7.

15 British Blue Book, Nr. 6 (1894), s. 222-223

16 URAS, Esat, op. cit., s. 426.

17 British Blue Book, Nr. 8 (1896), s. 108.

18 SCHEMSI, Kara, op. cit., s. 11.

19 General MAYEWSKI, Statistique des Provinces de Van et de Bitlis, s. 11-13, Petersburg, 1916.

20 SCHEMSI, Kara, op. cit, s. 11.

21 VARANDIAN, Mikayel, History of the Dashnagtzoutune, Paris, 1932, s. 302.

22 PAPAZIAN, K.S., op. cit, s. 19.

23 Prof. SOYSAL, Mümtaz, The Orly Trial, 19 February-2 March 1985, Statement and Evidence Presented at the Trial, Ankara University, Faculty of Political Sciences, 1985.

24 NALBANDIAN, Louise, op. cit., s. 111

25 Aspirations et Agissements Revolutionnaires des Comités Arméniens avant et après la Proclamation de la Consti­tution Ottomane, Istanbul, 1917, s. 144-146.

26 TCHALKOUCHIAN, Gr., he Livre Rouge, Paris, 1919, s. 12

27 TCHALKOUCHIAN, Gr., op. cit.

28 URAS, Esat, op. cit., s. 594.

29 HOCAOGLU, Mehmed, Tarihte Ermeni Mezalimi ve Ermeniler, Istanbul, 1976, s. 570-571.

30 Aspirations et Agissements revolutionnaires des Comités Armeniéns, s. 151-153.

31 URAS, Esat, op. cit., s. 5-600.

32 Journal de Guerre du Deuxième Regiment dʹArtillerie de Forteresse Russe dʹErzéroum, 1919.

33 SCHEMSI, Kara, op. cit., s. 41 ancfp.49.

34 URAS, Esat, op.cit, s.604.

35 Council of Ministers Decress, Prime Ministryʹs Archives, Istanbul, Volume 198, Decree 1331/163, May 1915.

36 British Foreign Office Archives, Public Record Office, 371/9158/E 5523.

37 British Foreign Office Archives, 371/9158/E 5523.

38 ANDONIAN, Aram, Documents Officiels concernant les Massacres Arméniens, Paris, Armenian National Delegation, 1920.

39 Daily Telegraph, 29 May 1922.

40July 1921; British Foreign Office Archives 371/6504/8519.

41British Foreign Office Archives 371/6504/E8745.

42 Feigl, Erich. A Myth of Terror, 1991, Edition zeitgeschichten-Freilassung- Salzburg, s. 85.

(Davamı olacaq)

Etikxeber.az

Read Previous

“Bu bəyanat qəbuledilməzdir…”-İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ DƏSTƏK

Read Next

“Erməni soyqırımı” ifadəsi işlədən Baydenə Türkiyədən cavab geçikmədi: “ƏSASI POPULİZM OLAN BU İFADƏLƏRİ RƏDD EDİRİK” – AZƏRBAYCAN XİN-DƏN DƏ ETİRAZ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir