Tələt Paşa təhqir olundu – DAHA BİR ERMƏNİ MURDARLIĞI VƏ BARBARLIĞI – FOTO

Ermənistanın, ermənilərin növbəti barbarlığa, murdarlığa, daha bir qeyri-insani addıma imza atdığı məlum olub.

Əslində 4 il öncə baş versə, bu haqda bu gün sosial şəbəkələrdə paylaşımlar edilib.

Belə ki, işğalçı ölkənin Şirak şəhərində  daşnak-qatil Soqomon Teyliryanın heykəli ucaldılıb və  heykəldə məşhur Türk generalı Tələt Paşa təhqir olunub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili, professor Aytən Mustafayeva öz “Facebook” səhifəsində məlumat verib və həmin qeyri-insanilik, barbarlıq nümunəsi olan heykəlin fotosunu təqdim edib.

“Ermənistanın Şirak rayonunda Türk generalı Talat Paşanı qətl edən Soqomon Teyliryanın heykəli ucaldılmışdır.

Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı təsvir edilmişdir.

Düşmənlarimizi unutmamaq və bir daha və bir daha xatırlamaq üçün paylaşılmışdır”-deyə, A. Mustafayeva qeyd edib.

Qeyd edək ki, Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirilib.

Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək məhkəmə tərəfindən sərbəst buraxılıb (3 iyun 1921).

Qeyd edək ki, qatil və cinayətkar Soqomon isə məhkəmədə cinayəti şəxsən törətdiyini və bundan peşman olmadığını bildirib:

talat

soqittttt
“Almaniyaya bir məqsəd üçün gəlmişdim: Tələt Paşanı öldürmək. Ailəm 1915-ci ildə ermənilərin köçürülməsi zamanı ölüb, mən təsadüfən sağ qalmışam. O vaxt onu öldürmək üçün and içdim. Bəzi erməni mənşəli vətəndaşlar bu işə görə mənə pul verdi. Uzun müddət Berlində oldum. Bir neçə həftə əvvəl Tələt Paşanın evi ilə üzbəüz binada ev tutub qaldım. Ona rahatlıqla nəzarət edib, vərdişlərini əzbərlədim. Ermənilərin qatili Tələt Paşanın öldüyünü eşidən vətəndaşlarımız rahat nəfəs alacaq və bu uğurumdan dolayı mənimlə fəxr edəcəklər… Məsuliyyəti tam üzərimə götürürəm…”.

3 iyun 1921-ci ildə məhkəmənin münsfilər heyətinin rəhbəri Otto Renke qərarını açıqlayır:

“Şübhəli Solomon Teyliryan 15 Mart 1921-ci ildə Tələt Paşanı qəsdən öldürməkdən günahkar deyil”.

Solomon məhkəmə zalından azadlığa buraxılır.

Prokuror məhkəmə prosesinin səhv qərar çıxardığını deyərək etirazını bildirsə də, bir neçə gün sonra müəmmalı şəkildə ərizəsini geri çəkir və…

Soqomon Tehliryanın oğlu isə bir neçə il öncə ABŞ-ın San-Fransisko şəhərində Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibə verib.

“Tim Neshitov” imzası ilə dərc olunan müsahibədə təhlükəsizlik səbəbilə adı açıqlanmayan oğul Tehliryan atası haqqında maraqlı bəyanatlar verib.

86 yaşlı oğul Tehliryan deyib ki, Tələt Paşanı öldürdüyünə görə həbs edilən atası məhkəmədə düzgün ifadə verməyib: “Onun bacısı yox idi. Hakimə üç bacısı olduğunu demişdi. Atam heç vaxt məcburi bir köç həyatı yaşamayıb”.

Atasının döyüşdən öncə bir çox erməni kimi pul qazanmaq məqsədilə Serbiyaya getdiyini bildirən oğul Tehliryan atasının üç qardaşı olduğunu və yalnız birinin Ərzincanda yaşayan anasının yanında qaldığını bildirib:

“Erməni xalqının onu bu gün də qəhrəman olaraq qəbul etməsini anlamıram. Bir qatil necə qəhrəman ola bilər. Elə mən də atamı qəhrəman kimi qəbul etməmişəm”.

Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edilib (25 fevral 1943).

Onu da qeyd edək ki, adıçəkilən heykəl 2015-ci ildə, uydurma və qondarma “erməni soyqırımı”nın yüz illiyində açılıb.

Etikxeber.az

Read Previous

Yanğının meşə ərazisinə keçməsinin qarşısı alındı – QUBADA – FOTO

Read Next

35 dərəcə isti olacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir