Təmas xəttində erməni təxribatının qarşısı alındı – DSX

2019-cu ilin 01 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə döğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanmış və qar­şısı alınıb.   

Etikxeber.az-ın Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumatına görə,  həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Etikxeber.az 

 

Read Previous

Sabiq prezidentin nəvəsi – SPİKER OLDU

Read Next

“Bu ölkələr “ümid koalisiyası”nın əleyhinədir…” – POLİTOLOQ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir