“Təmas xəttində yaşayanlar mərmilərin səsindən nə qədər stress keçirir” – VİTSE-SPİKER

“Bu gün təmas xəttində yaşayan uşaqlar, qadınlar elə təkcə mərmilərin səsindən nə qədər stress keçirirlər. Onlar psixoloji təzyiq altında olurlar, öz həyatlarını planlaşdıra bilmirlər. Biz bu insanların hüquqlarının qorunmasını beynəlxalq məhkəmələrə qədər aparmalıyıq”.

Etikxeber.az-ın məlumatına görə, bunu oktyabrın 12-də Milli Məclisin (MM) vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova adçəkilən komitənin iclasında çıxış edərkən deyib.

Azərbaycanda dövlət tərəfindən bütün addımların insan amili və insanların hüquqlarının qorunması naminə atıldığını xatırladan vitse-spiker qeyd edib ki, məhkəmələrdən edilən şikayətlərin də obyektiv və heç zaman dəyişməyən səbəbi bir tərəfin narazı qalmasıdır.

Onun sözlərinə görə, şikayət edən öz hüquqlarını bəlkə də sona qədər bilmədiyindən, törətdiyi, yaxud da ona qarşı törədilən hər hansı əməli bir çox hallarda tam hüquqi aspektdən dəyərləndirə bilmədiyindən ardıcıl olaraq şikayətlər edir.

“Birinci instansiya məhkəməsindən də, sonuncudan da narazı qalan şikayət edir. Yaxud obyektiv olaraq, verilən hökm hüquqa söykəndiyi halda, yenə də narazı qalır. Ona görə, bu müraciətlərin sayı çoxdur. Bu ona görə deyil ki, məhkəmə qərarları yerinə yetirilmir və yaxud da onların əksəriyyəti hansısa subyektiv amillərə söykənir. Əlbəttə, belə hallar da var”- deyə, B. Muradova daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Nazir cəbhə bölgəsində yerləşən mobil səhra hospitalında olub

Read Next

“Dini etiqad azadlığı haqqında” və “KİV haqqında” qanunlar dəyişidirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir