Təmir işləri ilə əlaqədar olaraq, dekabrın 8-dən etibarən paytaxtın Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geridönmə hissə tam olaraq bağlanır.
Bu barədə Etikxeber.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun digər geridönmə hissələrdən istifadə etmələri xahiş olunur.
Etikxeber.az