Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda orta aylıq əməkhaqqı 528 manatdır, istehlak səbəti isə 150-160 manatdır.
Etikxeber.az xəbər verir ki, bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında prezidentliyə namizəd İlham Əliyevin vəkili-səlahiyyətli nümayəndəsi Əli Əhmədov deyib.
“Ona görə də Azərbaycanda orta aylıq əməkhaqqının istehlak səbətindən az olması haqqında deyilən fikirləri əsassız hesab edirəm, bunlar yalandır. Tənqidlərin əleyhinə deryiləm, amma əsassız tənqidlərə cavab verməyi də özümə borc bilirəm”-deyən Ə. Əhmədov bildirib ki,Azərbaycanda inkişaf da, uğurlu iqtisadi göstəricilər də ölkə Prezidentinin imzaladığı sərəncamların çox uğurlu və çox düzgün şəkildə icra olunmasının nəticəsidir:
“Bu gün Azərbaycanda kişilər arasında yaş həddi 72, qadınlar arasında yaş həddi 75-dir. Yəni, Azərbaycanda uzunömürlülük artmaqdadır. Bunlar da ölkədə Azərbaycan insanı naminə görülən işlərin nəticəsidir…”
Etikxeber.az