“Tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq”-XİN-DƏN BƏYANAT

Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur.

Etikxeber.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı regional hərbi eskalasiyaya dair bəyanatda öz əksini tapıb.

Bəyanatda deyilir:

“Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”.

Etikxeber.az

Read Previous

Xameneinin ofisi tamamilə dağıdıldı, qızlar məktəbinə hücumda-ÖLƏNLƏRİN SAYI 85-Ə ÇATDI, BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ İSƏ İRANA XƏBƏRDARLIQ ETDİ… – YENİLƏNİB – (7)

Read Next

Xameneinin, eləcə də kürəkəni və gəlininin raket hücumları zamanı-HƏLAK OLDUQLARI BİLDİRİLİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir