Tərtər rayonunun ərazisi artilleriya və raket-ATƏŞİNƏ TUTULUR – GORANBOY DA ATƏŞƏ TUTULMAQDADIR – ORDUMUZ BƏRDƏNİN QİSASINI ALMAQDA DAVAM EDİR – YENİLƏNİB – (6) – FOTO-VİDEO

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edib ki, oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.

08:05

***

Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub.

MN-dən bildirilib ki, humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.

Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

Xəsarət alanlar yoxdur.

11:55

***

Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır.

MN-dən bildirilib ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur.

Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir.

13:50

***

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutur.

Bu barədə də MN-dən bildirilib.

13:59

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub.

Bu barədə yenə MN-dən məlumat verilib.

16:26

***

Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Bu haqda MN məlumat yayıb.

19:10

***

Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə MN məlumat yayıb.

19:45

***

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

Bu barədə MN-dən bildirlib.

Etikxeber.az

Read Previous

“Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur…”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq…Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz…”-PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir