Tərtərin mülki Şəhidləri-Şəhid qardaşlar Xalq və Elşən Abbasovların-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL KEÇDİ… – FOTOLAR

Bu gün Tərtər rayonunun İkinci Vətən Müharibəsində mülki Şəhidləri-Şəhid qardaşlar – Xaliq və Elşən Asif oğlu Abbasovların Anım Günü idi.

Ailənin dörd övladından, dörd qardaşdan ikisi olan Xaliq və Elşən Abbasovlar İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabr ayının 28-də Tərtərin Şıxarx qəsəbəsində Şəhidlik məqamına ucalıblar.

Hər iki qardaş Şıxarx qəsəbəsinin artilleriya atəşinə tutması nəticəsində Şəhid olublar.

Hər ikisinin də nəşi bir gün sonra, 29 oktyabr tarixində Poladlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Hər iki qardaş ailəli, iki övlad atası olublar.

1981-ci il təvəllüdlü olan Xaliq iki qız, 1987-ci təvəllüdlü-evin sonbeşiyi Elşən isə iki oğlan atası idi.

Hər ikisinin də övladları hazırda orta məktəbdə oxuyurlar.

Qeyd edim ki, bu gün axşam saatlarında Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynova ilə birlikdə Poladlı kəndində Şəhid qardaşların ailəsini, ocağını ziyarət etdik…

Şəhid qardaşların Dərdli, Yaralı valideynlərinə-Aybəniz xanıma və Asif kişiyə bir daha Allahdan səbr və dözüm arzuladıq…

Bir daha “Övladlarınızın, Şəhid Elşən və Xaliq qardaşlarının ruhları şad, məkanlarları cənnətlik olsun!”-dedik…

Hər iksinin də ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…

Şəhid qardaşların valideynləri ilə bir saata yaxın söhbətləşdik, dərdləşdik…

Çox kövrək, olduqca təsirli, duyğulu anlar yaşadıq…

Bir ailə, ata-ana üçün bir gündə iki övlad acısı yaşamaq, iki övlad Şəhid vermək çox ağır, çox çətindir, çox dözülməzdir…

Sözlərlə, kəlmələrlə ifadəsi heç cür mümkün deyil…

Sözün bitdiyi yer, kəlmələrin aciz qaldığı andır…

Allah kimsəyə yaşatmasın!

Allah hər iki Şəhidimizin-Şəhid qardaşların məqamlarını Uca, dərgahlarını mübarək etsin!

Allah Dərdli və Yaralı valideynlərinin bir daha səbr və dözümlərini versin!

Nur içində yatsın, Nur üzlü Şəhid qardaşlar!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (1)

Read Next

“Bu tədbir təqdim ediləcək elmi məqalələrin sayına görə ən önəmli konqreslərdən biri olacaq. Belə ki, Konqresə 3600-dək elmi məqalə təqdim ediləcək…”-KLEY MOURİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir