“Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, atdığımız addımlardan, haqqdan düşünək…”-ZÜLFİYYƏ XANBABAYEVA

Günlərdir düşünürəm. Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən…Bir- birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!

Etikxeber.az xəbər verir ki, bunu Xalq artisti Zülfiyyə Xanbabayeva öz sosial şəbəkə hesabında yazıb.

“Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən… Hər şeydən düşünək. Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək. İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil! Dualarımızımı əskik etməyək!“-deyə, o, əlavə edib.

23:44, 1 aprel

Etikxeber.az

Read Previous

“Komsomol”un keçmiş şefi-ANAR ƏLƏKBƏROVUN ATASI İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ OLDU

Read Next

16 mindən çox nəqliyyat vasitəsi postlardan geri qaytarıldı-DYP AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir