“Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”-BİRİNCİ VİTSE-SPİKER

Yeni amnistiya qərarı Prezidentin tapşırığı əsasında bir müddətdir hazırlanırdı.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

Birinci vitse-spiker bildirib ki, qərar layihəsi MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2 noyabr iclasında bu geniş müzakirə edilib.

 “Bu amnistiya aktı da çox dürüst hazırlanıb. Sənəd 4 hissədən ibarətdir. Preambulada 8 noyabr – Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti əks olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Zəngəzurun erməni işğalından azad edilməsi xatırlanıb. Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı erməni təcavüzündən zərərçəkən əhalinin yaxınları və qohumları da bu amnistiyaya aid ediləcək. Amnistiya qərarının 2-ci hissəsi özündə məhdudiyyətləri əks etdirir. 1994-cü ildə Amnistiya aktının məhdudlaşdırılması ilə bağlı qanun var.

Cinayət Məcəlləsinin bir sıra maddələrinə amnistiya tətbiq edilməsinə məhdudiyyətlər mövcuddur. Biz əminik ki, Amnistiya qərarı bu gün qüvvəyə minəcək və insanlar azadlığa çıxmağa başlayacaq. Azərbaycanın məhkəmə, hüquq mühafizə orqanları tərəfindən bu qərarın daha tez icrası təmin ediləcək. Eyni zamanda amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də əksini tapıb. Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Şəhid qardaşlardan Musa Həsənovun, 4 bacının tək qardaşı Əli Məmmədovun, ailənin iki övladından biri Kamran Seyfullazadənin və Ağcabədili Nurlan Quliyevin bu gün-ANIM GÜNLƏRİDİR, SƏİD ƏDİLOVUN İSƏ CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR…

Read Next

Evin-ailənin tək oğlu, nəşi 61 gündən sonra taplan-ŞƏHİD SƏİD HƏSƏN OĞLU ƏDİLOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏZARƏ ZİYARƏT EDİLDİ, 27 YAŞININ TAMAMI OLMASI İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir