Təyyarə qəzasında həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı-ÖLKƏYƏ GƏTİRİLDİ…

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib.

Etikxeber.az-ın məlumatına görə, onlar AZAL-ın xüsusi reysi ilə gətirilib.

Qeyd edək ki, 25 dekabr tarixində J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Tayyərənin qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Etikxeber.az

Read Previous

Rusiya üzr istəsin!-MİLLƏT VƏKİLİ

Read Next

Şəhid anaları “Əshabi-Kəhf”də təyyarə qəzasında həlak olanları andılar-RUHLARINA DUALAR ETDİLƏR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir