Təyyarə qəzasında həlak olan sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək-BİRGƏ MƏLUMAT YAYILDI

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC qəzaya uğrayan təyyarə ilə bağlı birgə məlumat yayıb.

Etikxeber.az xəbər verir ki, birgə məlumatda “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcəyi bildirilir.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

Etikxeber.az

Read Previous

“Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var…Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir, məsələ tam araşdırılmalıdır…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – YENİLƏNİB

Read Next

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə-BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir