Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Meksikanın Duranqo ştatında “Aeromexico” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 98-i xəstəxanada yerləşdiriliblər.
Etikxeber.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Duranqo ştatının qubernatoru Xose Rosas Aispuro məlumat verib.

Hadisə Quadulupe Viktoriya adına beynəlxalq hava limanının yaxınlığında baş verib. Embraer 190 təyyarəsi uçma-enmə zolağından təxminən 300 metr aralıda yerə çırpılıb. Qəfil şiddətlənən küləyin hadisəyə səbəb olduğu bildirilir.
Qəza nəticəsində ölən olmayıb. Təyyarənin göyərtəsində 97-si böyük yaşlı, ikisi uşaq sərnişin və 4-ü ekipaj üzvü olmaqla 103 nəfər olub.
Etikxeber.az





