Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması-təyyarə terraktı nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.
Etikxeber.az xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
10:32
***
Vida mərasimi başa çatıb.
Vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, yaradılmış komissiya təyyarə qəzasının səbəblərini aşkara çıxaracaq və ictimaiyyətə məlumat veriləcək.
AZAL-ın vitse-prezidenti İlham Əmirov bildirib ki, təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.
12:42
***
Hazırda üç ekipaj üzvünün – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın II Fəxri xiyabanda dəfn mərasimi keçirilir.
13:23
***
Həlak olan ekipaj üzvlərinin dəfn mərasimi keçirilib.
Rusiya tərəfindən vurulan AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.
Həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Etikxeber.az