“Təəssüf ki, bu sahədə iş zəif təşkil olunub…” – AKADEMİK

“Kimin “imkanı” var Azərbaycanın tarixi haqqında broşüra hazırlayır ki, bu da yolverilməz haldır”
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hansısa yanlışlıqlara yol verilməsin deyə, belə məlumatlar hazırlanarkən Tarix İnstitutuna müraciət edilə bilər və edilməlidir:
“Broşüralardakı məlumatların səhv olmaması üçün institut abidələr haqqında düzgün məlumatlar verə və bundan istifadə edilə bilər. Ancaq təəssüf ki, bu sahədə iş zəif təşkil olunub”.
Y.Mahmudov əlavə edib ki, son illərdə Azərbaycana ərəb ölkələrindən və İrandan gələn turistlərin sayı artıb. Bu isə bələdçilərin dil hazırlığı ilə bağlı məsələnin gündəmə gəlməsinə səbəb olur:
“Gələcəkdə bizim regiona turist axını artacaq, çünki burada sabitlik var. Ancaq başqa məsələlər də nəzərə alınmalıdır. Turistlərin sayı artdığı üçün ərəb, fars dilləri öyrədilməlidir. Əgər bunlar olmasa, işimiz çox çətin olacaq”.
Etikxeber.az
 

Read Previous

“Çimərlik turizminin inkişafını təklif edəndə məni lağa qoyurdular, ancaq…” – RƏCƏBLİ

Read Next

Mədəniyyət və Turizm Nazirliyi: ” Turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir