“Təəssüflər olsun ki, rəyləri yığa bilmədik və…” – MUSA QULİYEV

İki vacib qanun layihəsinin müzakirəsi nədən təxirə salındı?

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin artıq yenidən komitə iclasında müzakirəsinə ehtiyac yoxdur.

 Bu sənəd komitəmizdə müzakirə olunub və parlamentə tövsiyə edilib.

Sadəcə, yaz sessiyasında iş çox və gərgin olduğu üçün reprodiktiv sağlmalıqla bağlı qanun layihəsini qarşıdan gələn payız sessiyasına saxladıq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

“Biz həmin sənədi payız sessiyasının plenar iclaslarında müzakirəyə çıxarmağı nəzərdə tuturuq”-deyən M. Quliyev artıq qanun layihəsi ətrafında uzun illərdir müzakirələrə və mübahisələrə səbəb olan məqamlara son qoyulduğunu, xüsusilə, “surroqat ana” və “donor bankı” məsələlərinin sənəddən çıxarıldığını bildirib:

“Artıq qanun layihəsi ilə bağlı hər hansı bir problem qalmayıb, o, bütün aidiyyəti qurumlarla razılaşdırılıb. Qanun layihəsi artıq müzakirələrə tam hazırdır və hesab edirəm ki, onun müzakirələrə çıxarılaraq, qəbul olunması ilə ana və uşaq sağlamlığı məsələsinə böyük töhfə verilmiş olacaq”.

musa-urud

Komitə sədrinin müavini bununla yanaşı, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin yaz sessiyasının plenar iclaslarının müzakirə çatdırıla bilmədiyini bildirib:

“Qanun layihəsi haszır olsa da, onu yaz sessiyasının müzakilərinə tövsiyə edə bilmədik.

Çünki biz həmin sənədi əlaqadər nazirliklərə və dövlət komitələrinə rəylərə göndərmişdik. Çox təəssüflər olsun ki, biz həmin rəylərin hamısını əldə edə-yığa bilmədik.

 Rəylər gecikdiyinə görə, biz onu çatdırıb komitədə müzakirə edib, yaz sessiyasının plenar iclaslarına tövsiyə edə bilmədik.

Bu səbəbdən də, adıçəkilən qanun layihəsi payız sessiyasına qaldı.

Biz payız sessiyası başlanan ərəfədə onu komitəmizdə müzakirə edib, plenar iclasa tövsiyə edəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda Qurtuluş günü qeyd olunur

Read Next

Birinci vitse-prezident Elçibəyin xanımının yas xərclərini öz üzərinə götürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir