TƏCİLİ YARDIM HƏKİMİNİN MƏSLƏHƏTLƏRİ-Racu Nəbiyev danışır – VİDEO

Bəzən insan həyatını xilas etmək üçün cəmi bir neçə dəqiqə vaxt qalır.

Etikxeber.az xəbər verir ki, xüsusilə də yol qəzalarında xəsarət alan şəxslərə düzgün qaydada ilkin yardım göstərilməsi onların sağ qalmasına kömək edir.

Bu məqamda nəyi necə etməyi bilmək çox önəmlidir. Bir neçə vacib bacarıq sayəsində insan həyatını qurtarmaq olar. Bunun üçün həkim olmağa ehtiyac yoxdur.

“Ailə və Ətraf Mühit” İctimai Birliyinin hazırladığı “Hər kəs xilas edə bilər” silsilə video-təlimatlar məhz bu mövzuya həsr olunub.

Video-kurslar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunan “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Videolarda həkim və mütəxəssislər yol qəzalarında zərərçəkən şəxslərə yardım göstərmək üçün ilkin biliklər haqqında məlumat verirlər. Bu zaman insanın huşa gətirilməsi, süni nəfəs verilməsi, ürəyini masaj etmək, güclü qanaxmaları kəsməyin yolları, qıcolma tutan insana göstərilən ilkin yardım və digər məqamlar haqqında məlumat verilir.

Aşağıda təqdim edilən videolarda Dövlət Gömrük Hospitalının Təcili yardım həkimi Racu Nəbiyev yol qəzaları zamanı daha çox rast gəlinən xəsarətlər, onların növləri, konkret travmalar zamanı zədələnən insanlara ilkin tibbi yardım göstərilməsi, insanı şokdan çıxarmağın yolları, şoka düşən insanın ayılması üçün atılacaq addımlar, avtomobildə hava yastığının açıldığı zaman nə etməli, hansı hallarda xəstəni yerindən tərpətməmək lazımdır və s barədə danışıb.

Videolarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.

Etikxeber.az

Read Previous

“Bizdə 100 min nəfərə təqribən 6 hakim düşür, ştat tam heyət formalaşsa, bu rəqəm 8-ə qalxacaq…Bu, istənilən halda Avrozonada ümumi standartlardan ən azı 2,5 dəfə azdır…”-HÜQUQŞÜNAS MİLLƏT VƏKİLİ VƏKİLLƏRİN DƏ SAYININ AZ OLMASINI DİLƏ GƏTİRDİ – (ÖZƏL)

Read Next

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat-METRO İŞLƏMƏYƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir