“Təhlükəsizliyə töhfə vermək lazımdır…” – NAZİR

Ən vacib məsələləri – iqtisadi, sosial əməkdaşlıq məsələlərini yerinə yetirmək üçün, eyni zamanda regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır.

Etikxeber.az-ın məlumatına görə, bu fikir Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına Bolqarıstan Baş nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın ünvanladığı təbrik məktubunda bildirilir.

Y.Zaxayeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini vurğulayıb: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva qeyd edib ki, Bolqarıstan bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ölkənin müdafiə xərcləri də artırılır – 5 FAİZ

Read Next

“Artımların inflyasiyaya hər hansı bir ciddi təsirini gözləmirik” – SAHİL BABAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir