Təhsil kreditlərinin “bəxti” açılır – SPİKER DEPUTATLARI QANUN LAYİHƏSİNİ PARLAMENTƏ GÖNDƏRMƏYƏ ÇAĞIRDI – YENİLƏNİB – (1)

Millət vəkili, sabiq birinci vitse-premyer Vahid Əhmədov parlamentin bu gün öz işinə başlayan payız sessiyasının ilk plenar iclasında bir sıra təkliflərlə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Rəqabət Məcəlləsi, təhsil kreditləri, banklar məsələləri ilə bağlı fikirlərini səsləndirib, təkliflərini verib.

Millət vəkili xatırladıb ki, 3-cü çağırış MM-dən bu yana Rəqabət Məcəlləsinin müzakirəsi və qəbulu mümkün olmur, hansı ki, həmin sənədə ciddi ehtiyac var:

“Nə qədər desələr də Azərbaycanda monopoliya və inhisarçılıq yoxdur, bazarda qiymətlərin yüksək olması onu göstərir ki, monopoliya və inhisarçılıq var”.

Millət vəkili bu baxımdan təklif edib ki, artıq Rəqabət Məcəlləsi qəbul olunmalıdır:

“Bu, “Strateji Yol Xəritəsi”ndə də qeyd olunub. Ona görə də Məcəllənin qəbulu labüddür, zəruridir”.

Deputat həmçinin, millət vəkili həmkarı Əli Məsimli ilə müəllifi olduğu “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulu və müzakirəsi məsələsinə toxunub.

O, qeyd edib ki, belə bir sənədin də qəbulu vacibdir və onun müzakirələrə ləngidilməsi qəbuledilməzdir.

“Çünki elə tələbələr var ki, təhsil haqqını ödəmədiyinə görə, təhsildən kənarda qalırlar. Ona görə təhsil kreditləri ilə bağlı qanun layihəsi müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır. Eşitdiyimizə görə, parlamentin Elm və təhsil komitəsi də bu yöndə qanun layihəsi hazırlayır. Yaxşı olardı ki, onlar hazır layihədən istifadə edəydilər və sənədi parlamentə göndərəydilər. Bu sənədin müzakirəsini və qəbulunu artıq yubandırmaq olmaz”.

V. Əhmədov sonrav  iki devalvasiyadan sonra hələ də banklarla problemlərin qaldığını bildirib və bank rəhbərlərinin parlamentə dəvət edilməsini, onlarla müzakirələr aparılmasını, davam edən problemlərin həll olunmasını təklif edib.

***

ali-masimli

meclis-oqtayyyyy

Təhsil kreditləri ilə bağlı millət vəkili Əli Məsimli də danışıb və o da həmkarı kimi,  qanun layihəsinin müzakirəsinin və qəbulunun vacibliyini vurğulayıb.

Bildirib ki, ödəniş problemi ilə üzləşən bir çox tələbələr ali təhsil almaqdan imtina edirlər ki, bu da ölkənin təhsilinə, gələcək kadr potensialına ciddi təsir göstərir.

***

Spiker Oqtay Əsədov  öz növbəsində təhsil kreditləri məsələsinə toxunub:

“Hər dəfə bu məsələni qaldırırsınız. Amma qanun layihəsi hələ də bizə gəlib çatmayıb. Ancaq komitədə müzakirə olunub. Ona görə qanun layihəsini göndərin gəlsin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İstefası tələb olunan deputat- PAYIZ SESSİYASININ SƏHƏR İCLASINDA GÖRÜNMƏDİ – İSTEFA VERDİ – YENİLƏNİB – (1)

Read Next

Musa Quliyevlə Qənirə Paşayevadan energetik içkilər və reproduktiv sağlamlıqla bağlı – ÖNƏMLİ TƏKLİFLƏR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir