Təhsil müəssisələrində “Bullinq” mövzusunda seminarlar – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə “Bullinq” mövzusunda seminarlar keçirilir.

Etikxeber.az xəbər verir ki, tərbiyə işləri üzrə direktor müavinləri  (təşkilatçılar), məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə keçirilən seminarların əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

Həmçinin təhsil işçiləri və şagirdləri bullinq davranışları ilə tanış etmək, onun qarşısını almaqda müəllimlərə dəstək olmaq da seminarların əsas hədəflərindəndir.

Təhsil Nazirliyi tərəfindən başlanmış “Mənimlə danış” kampaniyası çərçivəsində təşkil olunan seminarlarda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması,  məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi və  bu istiqamətdə müvafiq işlərin görülməsi barədə geniş məlumatlar verilib.

Məktəblərdə sağlam və səmərəli mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

 Etikxeber.az

 

Read Previous

“İqtisadi, siyasi güc heç də hər şey demək deyil…” – KAMİLƏ ƏLİYEVA BDU-NUN YÜZ İLLİYİNDƏN VƏ PREZİDENTİN ÇIXIŞINDAN DANIŞDI

Read Next

İcbari tibbi sığorta 20 rayonda 2 milyona yaxın insanı əhatə edəcək – İLKİN MƏRHƏLƏDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir